Antarktidanın kəşi və öyrənilməsi

Antarktidanın kəşi və öyrənilməsi

1768-ci ildə Ceyms Kuk Şimali Amerikada Müqəddəs Lavrentiya çayının, həmçinin Nyufaundlendin sahil xətlərinin xəritələrinin çəkilməsi ilə məşğul idi. Həmin ildə o, Veneranın hərəkətini müşahidə etmək adı altında təşkil olunmuş ekspedisiyaya komandir təyin olunur. Kuk Veneranın hərəkətini müşahidə etməklə yanaşı, daha cənuba üzməklə burada mövcud ola biləcək kontinenti axtarmaq tapşırığı almışdır. Cənubda materik kəşf olunmadığı halda Kuka Abel Tasmanın aşkar etdiyi və hazırda Yeni Zelandiya adlanan torpağı tapmaq və onun koordinatlarını müəyyən etmək tapşırığı verilmişdir. Beləliklə, əsas məqsəd Veneranın hərəkətini müşahidə etmək pərdəsi altında əsas məqsəd cənub materikini aşkar etmək və onu Britaniya imperiyasına birləşdirmək olmuşdur.
1768-ci ilin avqustun 26-da Horn burnunu keçməklə Sakit okeana daxil olan Ceyms Kuk bir sıra adaları kəşf etməklə Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olmasını müəyyən etməsinə baxmayaraq, cənubda materikin mövcudluğu haqqında olan fikirlərə tam aydınlıq gətirə bilmədi. Buna baxmayaraq o, belə bir materikin olmasıını da inkar etmədi.
Ceyms Kukun yazılarının araşdırılması göstərir ki, onun cənub materiki haqqında fikirləri özündən sonrakı səyyahlarda irəliləmələri müəyyən müddət yubada bilər. Cəmiyyətdə böyük şöhrətə malik olan Kuk yazırdı: «Cəsarətlə deyə bilərəm ki, heç kim məndən daha cənuba daxil olmaq qərarına gələ bilməz, cənubda mövcud ola biləcək torpaqlar heç vaxt tədqiq olunmayacaq». Daha sonra o, yazır: « Əgər məndən daha cənuba daxil ola bilən bir Adam tapılarsa, mən onun kəşflərinə qiptə edərəm. Ancaq bu kəşf dünyaya çox az fayda verə bilər».

XIX əsrin əvvəllərinə qədər bir sıra coğrafi kəşflərə baxmayaraq hələ də cənubda materikin olub-olmaması öyrənilməmiş qalmaqda idi. Uzun müddət hazırlıqdan sonra Bellinshauzen Faddey Faddeviç (1779-1852) və Lazaryev Mixail Petroviç (1788-1851) Kronştaddan «Vostok» və «Mirnıy» hərbi gəmilərində cənub qütb ekspedisiyasına yola düşürlər (şəkil 13). Təcrübəli dənizçilərdən ibarət «Vostok» gəmisi Bellinshauzen, «Mirnıy» gəmisi isə Lazaryev tərəfindən idarə olunurdu. Lakin dəniz nazirliyi dəniz səyahətlərinjə yüksək təcrübəyə malik olan Bellinshauzeni ekspedisiyanın rəisi təyin edir.
Bellinshauzen 1779-cu ildə Baltik dənizində Ezel adasında (Estoniya) anadan olmuşdur. O, özü haqqında belə deyir: «Mən dənizin ortasında anadan omluşam; balıq susuz yaşaya bilmədiyi kimi, mən də dənizsiz yaşaya bilmərəm.» Bu sözlər onun gənclik dövründə dənizçi olmaq arzsunu ifajə edən sözlərdir. Dəniz kopusunun 18 yaşında bitirməklə miçman rübtəsi alan Bellinshauzen 1803-1806-cı illərdə I.F.Kruzenşternin rəhbərliyi altında «Nadejda» gəmisində dünya səyahətində iştirak etmişdir. Ekspedisiya müddətinjə o xəritələrin tərtibatı və astronomik müşahidələrlə məşğul olmuşdur.
«Mirnıy» gəmisinin komandiri M.P.Lazaryev 1788-ci ildə Vladimir quberniyasında anadan olmuşdur. O iki qardaşı kimi dəniz korpusuna daxil olmuşdur. O, Baltik dənizində xidmətə başlayaraq Rusiya Isveç müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra Lazaryev « Suvorov» gəmisinə komandir təyin olunur. Bu gəmidə o, dünya səyahətinə çıxmış və bir sıra adalar Sakit okeanda kəşf etməklə Suvorovun şərəfinə adlandırmışdır.
Beləliklə, hər iki səyyah 16 iyul 1819-cu il tarixində Kronştadtı tərk edirlər. Ekspedisiyanın qarşıya qoyduğu əsas məqsəd mümkün qədər cənuba enməklə Cənub materikinin mövcudluğu haqqında olan müxtəlif fikirlərə son qoymaq idi. Ingiltərənin Portsmut limanında dayanmaqla bir sıra cihazlar əldə etmiş gəmilər payızın əvvəllərində Braziliyaya istiqamət götürürlər. Braziliya sahillərində Rio-de-Janeyro şəhəri yaxınlığındakı əlverişli limanda löbər salmaqla ilk tanışlığa başlayırlar. Bu zaman Braziliyada qul alverinin çiçəkləndiyi dövr idi. Bellinshauzen bu barədə yazır: «Burada zəncilər satılan bir neçə köşk mövcuddur. Cavan qullar birinci sırada, yaşlılar isə arxada oturur. Qul alan hər bir şəxs aldığı qulu qarşıya çıxarır dişlərinə, əzələlərinə baxır, bədəninin müxtəlif hissələrini iynə ilə deşməklə sağlam olmalarına əmin olduqdan sonra götürürdülər.»
Qısa müddətdə Braziliyanı tərk etmiş gəmilər cənub istiqamətdə üzməyə başlayırlar. Artıq cənub yarımkürəsinin mülayim qurşağında havanın soyuması hiss olnur. Cənuba doğru üzdükcə uçan quşların say ının artması müşahidə edilirdi. 1819-cu il dekabrın sonunda gəmilər Cənubi Qeorqi adasına yan alırlar. Dənizçilər adanın cənub sahillərini xəritələşdirirlər. Bellinshauzen cənuba üzməklə bir neçə dəfə dərinliyi ölçmək istəsə də lot dənizin dibinə dərin olduğundan çatmır. Mövcud olan texniki vasitələr isə bu məsələnin həll edilməsinə imkan vermir. Daha cənuba üzməklə gəmilər «buz adaları» ilə qarşılaşırlar. Aysberqləri keçməklə özlərinin adlandırdığı Leskov vulkanik Lavodovsk adalarını kəşf etməklə xəritə üzərinə köçürürlər. Kəşf etdikləri adalar qrupunu dəniz naziri Traversin şərəfinə adlandırırdılar. Rus dənizçiləri şirin suya olan ehtiyaclarını ödəmək üçün aysberqdən içməli su alma yolunu ixtira etdilər. Daha sonra rus dənizçiləri Ceyms Kukun kəşf etdiyi Sakndiviçə yanaşır və onun səhvən vahid ada kimi qəbul etdiyi bu arxepelaqın xəritə üzərində düzəlişini aparırlar.
1820-ci il yanvar ayının 28-də gəmilər Cənub qütb dairəsini keçməyə müvəffəq oldular. Dumanlı havada buz dağları divar şəklində qarşını kəsmişdir. Bu ruslara görə artıq Antarktida materikinin kəşfi demək idi. Bunu həmin istiqamətdən gəmilərə tərəf quşların uçması bir daha təsdiq edirdi. Bu fikir ruslara aiddir. Ingilislərə görə isə materik ilk dəfə ingilis V.Smit tərəfindən kəşf edilmişdir və 1819-cu ilin oktyabrında təsvirini vermişdir.
1820- ci ilin fevralında ekspedisiya üzvləri Hind okeanına çıxmaqla daha iki dəfə cənuba istiqamət götürərək Antarktidaya yaxınlaşmağa cəhd göstərsələr də aysberqlər heyəti geri çəkilməyə məcbur etmişdir.
Bellinshauzen Avstraliyaya doğru gəmiləri istiqamətləndirir. Daha geniş ərazini tədqiqat obyektinə çevirmək üçün gəmilərin müxtəlif yollarla üzməsinə göstəriş verir.
1821- ci il yanvarın 22-də nəhayət dənizçilər adaya rast gəlirlər. Adaya I Pyotrun adı verilir. Tezliklə rastlaşdıqları ikinci adanı I Aleksandr adlandırdılar. Dənizdə dalğaların getdikcə qüvvətlənməsi ilə əlaqədar təhlükəni hiss edən Bellinshauzen gəmiləri Rio-de-Janeyroya istiqamətləndirir. 1821-ci ilin martında təkrar bu liman şəhərində olmaqla gəmiləri təmir etdirərək yola düşür və 1821-ci il avqustun 5-də Kronştadda löbər salır.
Ekspedisiya 751 gün üzərək 92 min km məsafə yol keçməklə Antarktida materikindən əlavə 29 ada və bir mərcan rifi aşkar etdi, bəzi dəniz axınlarının səbəbinin müəyyənləşdirdi.
1839-cu ildə admiral rütbəsinə layiq görülən Bellinshauzen Kronştadt limanına baş komandan təyin olundu.
1852-ci ildə rus dəniz donanmasının inkişafında görkəmli rol oynayan Bellinshauzen vəfat etdi. Mixail Petroviç Lazaryev 1851-ci ildə vəfat etdi.
Bellinshauzen və Lazaryevin ekspedisiyası Antarktidanın elmi cəhətdən mərhələlər üzrə öyrənilməsinin əsasını qoydu. Materikin sonrakı dövrdə öyrənilməsində Fransızlar, ingilislər, amerikanlar, almanlar, avstraliyalılar və norveçlilər xüsusi rol oynamışlar. Sahil xətlər tədricən dəqiqləşdirildi, iqlim şəraiti öyrənildi və tədricən sirlər açıqlandı.
XIX əsrin birinci yarısında Antarktidada böyük kəşflər üç ekspedisiya ilə bağlı olmuşdur. Fransız — Jülya DyumanDyurvil (1837-1840), amerikan — Çarlz Uilks (1838-1842) və ingilis — Ceyms Rossun rəhbərliyi altında təşkil olunmuş ekspedisiyalar deyilənlərə misaldır. Fransızlar materikin şərq hissəsində Adeli, amerikanlar Uilks Torpağını, ingilislər Rossu kəşf etdilər.

1895-ci ildə ilk dəfə olaraq materikə norveçli Karsten Borxqrevinq qədəm basmışdır. O, materikdən analiz aparmaq üçün bir sıra süxur nümunələri və bitkilər toplamaqla geri qayıtmış, bir neçə ildən sonra isə artıq Antarktidaya ekspedisiya üzvü kimi deyil, «Yujnıy krest» (Cənub xaçı) gəmisində rəhbər kimi qayıtmışdır (1898-1900).
Artıq XX əsrin əvvəllərində Antarktidaya onlarla elmi ekspedisiyalar təşkil olundu. Məqsəd materiki daha dəqiq öyrənməklə gələcəkdə mənimsəməkdən ibarət idi.
Rual Amundsen (1872-1928) materikin tədqiq olunmasında mühüm rol oynayan cəsur tədqiqatçılardan biri olmuşdur. Amundsen Norveç qütb səyyahıdır. Onun ilk səfəri Norveç gəmisində çörək bişirən kimi Kanadada olmuşdur. Daha sonra bir çox gəmilərdə Ispaniya, Ingiltərə, Afrika və Meksikaya üzmüşdür. O, 1896-cı ildə imtahan verərək uzaqlara üzmək hüququ verən şturman rütbəsi alaraq «Belqika» gəmisində yer maqnetizmini öyrənmək məqsədilə Antarktida sahillərinə üzür. Iki il davam edən ekspedisiya üzvləri aysberqlərdən güxlə xilas olaraq geri qayıtmağa məcbur olur. Indi Amundsen Amerikanın şimalından Sakit okeana şimal-qərb yolunu axtarmaq fikrinə düşür. Səhvlərə yol verməmək üçün özündən əvvəlki səyyahların hesabatları ilə maraqlanır, tərtib etdikləri xəritələri öyrənir. Kiçik «Yoa» gəmisini almaqla onu Şpispergenlə Qrenlandiya adası arasında sınaqdan çıxarır. Ekspedisiya ərəfəsində tərtib olunmuş xəritələrdə kifayət qədər səhvlərin olduğu müəyyən edilir.
1903-cü ildə qərb istiqamətdə üzərkən qütb gecəsi başlayır. Heyət münasib bir körfəz seçərək qışlamalı olur. 1904-cü ilin yayında körfəzdə buz ərimədiyindən ikinci dəfə qışlamağa məcbur olurlar. Amundsen meteoroloji və astronomik müşahidələrin aparılmasına xüsusilə diqqət yetirir. O, maqnit qütbünün yerləşdiyi yeni sahəni mü əyyən etdi.
1905-ci ildə «Yoa» gəmisi qərb istiqamətdə hərəkətini davam etdirir və müvəffəqiyyətlə Sakit okeana çatır.
Özündən əvvəlki səyyahların arzusunu yerinə yetirmiş olan səyyah şimal qütbünə ekspedisiyaya hazırlaşmaq fikrinə düşür. Səyahətdən az əvvəd şimal qütbünün amerikan səyyahı Robert Piri tərəfindən fəth olunması xəbərini alır. Bu xəbər böyük zərbə olsa da dənizə çıxarkən Amundsen cənub qütbünü fəth etmək qərarına gəlir. Atlantik okeanına çıxarkən qərarını heyətə bildirməklə Antarktidaya istiqamət götürür. Antarktidaya çatmaqla üç ərzaq anbarı təşk il edir və qütb gecəsini saldıqları düşərgədə keçirirlər.

Antarktida materikinin sahilləri
1911-ci il 20 oktyabrda Amundsen dörd nəfərlə yola düşür və dekabrın 14-də cənub qütbünü fəth edir. Üç gün müşahidə apardıqdan sonra geri qayıdansəyyah «Fram» gəmisində vətənə yola düşür. Ölkədə Norveçin Milli qəhrəmanı kimi qarşılanan Amundsen Şimal Buzlu okeanla qərbdən şərqə üzməklə Sakit okeana çatmaq fikrinə düşür. Bu ekspedisiya 1918-1920-ci illər ərəfəsində baş tutur. «Mod» gəmisində üzən Amundsen iki dəfə qışı Sibir sahillərində keçirməyə məcbur olur. Nəhayət 1920-ci ildə arzusuna çatır. 
Rual Amundsen 1928-ci ildə «Italiya» şaraında qütbə yola düşmüş italiya ekspedisiyasının üzvlərini xilas edərkən 56 yaşında həlak olmuşdur.
Robert Skott cənub qütbünü Amundsendən sonra fəth edən ikinci səyyahdır. O, 1868-ci ildə dənizçi ailəsində doğulmuşdur. 18 yaşında «Badişa» gəmisində miçman, iki ildən sonra, 1888-ci ildə kiçik leytenant rütbəsi alır. Ingilis hökuməti Antarktidaya təşkil etdiyi ekspedisiyaya rəhbərlik etməyi Robert Skota təklif edir. 1902-ci ildə xüsusi lahiyə üzrə düzəldilmiş «Diskoveri» gəmisinə rəhbərlik edən Skott Antarktida sahillərinə çatsa da, sərt iqlim şəraiti və aysberqlər ekspedisiya üxvlərinə materikə çıxmağa imkan vermir.
1910-cu ilin iyun ayında «Terra-Nova» gəmisi ilə Skott yenidən Antarktidaya doğru üzməyə başlayır. 65 nəfər heyətdən ibarət gəmi materikə yan alır. 1911-ci ilin noyabr ayında materik üzərinə çıxaraq qütbə doğru irəliləyir. 1912-ci ilin yanvar ayının 17-də R.Skott, Uilson, Ots, Bouers və Evans cənub qütbünə çatmağa müvəffəq olurlar. Lakin qütbdə Norveç bayrağının dalğalanması onların qütbü fəth etməkdə gecikdiklərini göstərir. Geri qay ıdarkən sərt iqlim şəraitində həlak olurlar. Sahildə qalaq espedisiya üzvləri ancaq səkkiz ay keçdikdən sonra Skottun və digər ekspedisiya üzvlərinin meyitlərini çadıra bürünərək donmuş şəkildə tapır və dəfn edirlər.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Top