Hər birimizə aydın olduğu kimi ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkədə bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də
ağ rəngli gəlinliklər liderliyini qoruyur. 16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.
Həmçinin müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xöşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur.
Birinci fərziyyə. XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar.
İkinci versiya. Belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən onun paltarı o qədər gəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir.
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi. Ağ gəlinlik adətinin dəbə düşməsi 16-ci yüzillikdə olmuşdur. Bu illərdə kraliyyət ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra Ingilis və Fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı.
Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir. Söz evlənməkdən açılınca nişan üzüyündən də bəhs etmək gərəkir. İnsanların evlənincə üzük taxmaları qədim misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitiş nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinə simvolizə edirdi. Sonra bu inanc və adət romalılar vasitəsilə geniş yayıldı.
Qazıntılarda o dövrlərə aid çox maraqlı nişan üzüklərinə rast gəlinmişdir. Nişan üzüyünün sol ələ və sondan bir öncəki barmağa taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aid yanlış bir insan anatomiyası məlumatıdır. O zamanlarda qan dövranı sistemimizdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Beləcə bura taxılan üzüklər evli cütün qəlbən bağlılığını göstərirdi. İndi damarların haradan gəlib haraya getdiyi bilinsə də bu da bir adət olaraq qalıb.
Həmçinin bax: Ağ-qara gəlin paltarları , Nişan paltarları