İnsanlarla danışa bilmirəm. Üzüm qızarır...

İnsanlarla danışa bilmirəm. Üzüm qızarır...

utancaqlıq kompleksiİctimaiyyət içərisində özünü ifadə edə bilməmək, insanlarla ünsiyyət qura bilməmək, özünə güvənməmək, tez-tez özünü tənqid etmək  və buna bənzər digər əlamətləri  sosial fobiya adlandırmaq olar. 

Bu əlamətləri gündəlik həyatında  tez-tez yaşayan şəxslər bu çətinliyini dost-tanışa söyləməkdə çətinlik çəkirlər və ya bu problemlərini hər hansı bir mütəxəssislə məsləhətləşmək ağıllarına belə gəlmir. Nəticədə bu sosial fobiyanı aradan qaldırmaq əvəzinə anti-sosiallığa meyl edirlər ki bu da daha ağır nəticələrə gətirib çıxarır.

Bu şəxslər başqalarının özündən daha yaxşı, daha gözəl ya da daha müvəffəqiyyətli olduğunu düşünürlər. Özlərinin isə heç bir şey bacarmadıqlarını fikirləşirlər. Özünüqiymətləndirmə aşağı səviyyədə olur. İnsanlar arasında olduqda hamının ona baxdığını və onunla əlaqədar mənfi şeylər düşündüklərini hiss edirlər.   Bu düşüncələr səbəbindən ictimai yerlərdə az-az iştirak edirlər və insanlardan qaçırlar.

Bu sadalananlar bəzi şəxslərdə daha çox nəzərə çarpır. Ürək ritmində artma, sürətlə nəfəs almaq, tərləmə, titrəmə, əzələlərdə gərginlik, mədədə narahatlıq, üzün qızarması və s. rast gəlinən əlamətlərdən bir neçəsidir. Bu cür şəxslər mənfi düşüncələri ilə bədənini hərəkətə gətirərək fiziki ağrılar hiss edir  və  mənasız  olduğunu bildiyi halda kontrolu itirir.

Bu narahatlılıqlar və fiziki reaksiyalar artıq gündəlik həyata da mənfi təsir göstərməyə başlayır. Dəvətlərə, görüşlərə, yığıncaqlara getməkdən imtina edir. İş yerində hər hansı aktiv vəzifə götürməkdən çəkinirlər. Şəxsi və sevgi münasibətlərində çətinliklərlə qarşılaşırlar.

Sadalanan bu əlamətlərlə rastlaşan şəxslər mütləq bir şəkildə psixoterapevt köməyi ilə öz üzərilərində çalışmağa  başlamalıdırlar. Psixoterapevtin köməyi ilə öz düşüncəsinə nəzarət etməyi öyrənərək cəmiyyətə qatılmalı, ünsiyyət qurmalı  və  aktiv rol tapşırıqlarını yerinə yetirməlidir.

Həmçinin bax:
Utanma
Qadınlarda utancaqlıq

Mənbə: PCC jurnalı 

Top