Göz sağlamlığı ilə bağlı ciddi əhəmiyyət daşıyan və gözləriniz haqqında bilməniz gərəkənlər:
Başqasının göz yaşını silmək zərərlidirmi?
Saatlarla kompüter oyunları oynamaq hansı xəstəliklərə yol açır?
Gözümüzə yad cisimciklər düşərsə, nə etməliyik?.
Körpənizin gözü ilə bağlı heç bir şikayəti olmasa da, 1 yaşında mütləq göz müayinəsinə aparın. Bu, göz bəbəyi tənbəlliyinin qarşısını almağa kömək edəcək.
Ekoloji faktorlar, genetik xüsusiyyətlər və yaşın artması göz sağlamlığında müxtəlif problemlər yarada bilər. Günümüzdə lazımi proseduralardan əlavə istəyə uyğun lazımi qidalardan da istifadə etmək olar. Bildiyimiz kimi bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan gözləri qorumanın ən asan yolu təbii qidalardan keçir.
Göz sağlamlığı üçün bədəni nizamlı olaraq lazımi vitaminlərlə təchiz etmək vacibdir. Həmin vitaminlərə A, E, C, B2 vitaminləri də daxildir. Omeqa 3 və omega 6 yağ turşuları sink, maqnezium da göz üçün faydalı hesab olunur. Bəzi həblər və vitaminlərin bədəndə yığılaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Məlumatda həmçinin bildirilir ki, beyin ətrafındakı mayenin artımı və göz sinirinə bu mayenin etdiyi təzyiq görmə itkisi yarada bilər. Bu baxımdan təbii və faydalı qidalardan günlük istifadə etməklə göz sağlamlığının keşiyində durmaq olar.
Göz sağlamlığı üçün faydalı olan qidaları Avropa Göz Qrupunun Səhiyyə Direktoru hesab olunan Prof. Dr. Ömər Kamil Doğananın açıqladığı bildirilir. O, göz sağlamlığı üçün A vitamininin bol olduğu qidaların başında süd məhsulları və bütün qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzləri məsləhət görüb. A vitamininin kafi miqdarda istifadəsinin başda gecə korluğu, olmaq üzrə makula degenerasiyası (sarı nö
«Kompüter sindromu» olaraq bilinən göz yorğunluğu uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanır. Bundan əlavə normal kitab oxuya bilməmək, televiziya verlişlərini çoxlu seyr etmək, çoxlu əl işləri etmək gözə mənfi təsir göstərir.
Göz yorğunluğu zamanı qeyri-səlis görmə, gözdə qızartının olması, göz səğırməsı, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. ola bilər.
Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları olur. Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.
Göz yorğunluğunda quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür. Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz səyirməsi yorğunluq davam etdiyi müddətcə təkrarlana bilər.
Kompüterdən meydana gələn göz xəstəliklərində 100% çoxalma qeydə alınıb. Göz mütəxəssisləri belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdəki şikayətlərə bağlı ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.
İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə olan fəaliyyətlər isə gözü daha çox yorur.
Mütəxəssislər,görməkdə çətinlik çəkildiyi və ya göz yorulduğu zaman ekrana yaxınlaşmaq əvəzinə işarələri böyütməyi, ekranı minimum parlaqlıqda saxlamağı, otağın işığının kompüter işığından daha güclü olmasını məsləhət görür.
Həkimlər həmçinin kompüterlərin yaydığı elektromaqnit dalğalarına görə prosessorun stolun üstünə yox, yerə qoyulmasını məsləhət görür
İlk dəfə olaraq 1798-ci ildə ingilis John Dalton adlı bir kişidə rast gəlinən və sonrada onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.
Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxudda heç olmamasıdır. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar.
Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Qeyd etmək yerinə düşərdi ki, bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur lakin onun əlamətlərini özündə daşıyar və gələcəkdə onun oğlu daltonik ola bilər.
Astiqmatizm gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.
Yaxınıgörmə patologiyası olan insanlar yaxın məsafədə olan əşyaları yaxşı gördükləri halda, uzaq məsafədə olan əşyaları pis görürlər.
İnsanlar arasında bu xəstəliyə çox rast gəlinir. Statistik məlumatlara əsasən yer üzərində yaşayan hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.
Uşaqlarda yaxınıgörmə anadangəlmə və qazanılma (orqanizmin inkişafı dövründə meydana çıxır) ola bilər. Anadangəlmə yaxınıgörməyə uşağın 1-3 yaşlarında diaqnoz qoymaq mümkün olur. İlkin olaraq onun dərəcəsi yüksək olsa da, get-gedə agırlaşma ehtimalı az-az hallarda baş verir.
Adi qazanılmış yaxınıgörmə (onu bəzən “məktəb” xəstəliyi də adlandırırlar) 7-15 yaşlarında inkişaf etməyə başlayır. “Məktəb” yaxınıgörməsi də az-az hallarda get-gedə agırlaşma verə bilir. Məktəb miopiyası zamanı gözün anatomik quruluşunda ya heç bir pozğunluq olmur, ya da cüzi dərəcədə olur.