“Dəstək” demişkən BDU-da bir müəllim var, adı Yaşardı. Bu adamın dəstək sözündən heç xoşu gəlmir. Deyir, a bala dəstək təhlükəli şeydir, qaçın ondan. Birdən biri dəstəyi alar əlinə, sonra da başlayar ondan yaxşı olmayan məqsədlər üçün istifadə eləməyə.
Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı.
16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş.
Real Madrid
Madrid klubunun başındakı «Real» yazısı Royal yəni krallıqdan gəlməkdədir. Franconun ölkənin başına keçməsiylə «Real» yazısı klubun adına ikinci dəfə əlavə olunmuşdur. Gerbdə iştirak edən tac şəkli də yenə kraliyet ailəsini təmsil edir. Franconun İspaniyada başa keçməsindən sonra İspaniya Kralı Alfonsonun ölkə xaricinə qaçması ardından bu kraliyet logosu Madrid klubunun gerbinə əlavə olunmuşdur. Real Madridi formasında iştirak edən ağ rəngdən ötəri İspaniyada «Ağlar» olaraq adlandırılır.
Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.