Maliyyə bazarı — əmanət toplayanların vəsaitlərini birbaşa borc götürənlərə təqdim edilməsinə şərait yaradan maliyyə institutlarıdırlar. Maliyyə bazarının yaranması zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının çatışmamazlığı özünü büruzə verir. Bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin edilməsinin mühüm forması kimi maliyyə bazarı çıxış edir. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır. Müasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir:
ABŞ-da kiçik və orta həcmli şirkətlər nə qədər çox olsa da, böyük biznes quruluşları ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Bunun bir neçə səbəbi var. İri şirkətlər daha böyük sayda insanları mal və xidmətlərlə təchiz edir və bir çox hallarda kiçik şirkətlərə nisbətən daha səmərəli fəaliyyət göstərirlər. Bundan əlavə, onlar adətən çox böyük həcmdə mal istehsal etdiklərinə və bu səbəbdən hər bir mal vahidinə az xərc çəkdiklərinə görə öz məhsullarını daha ucuz qiymətə sata bilirlər. Onlar bazarlarda da üstün mövqeyə malikdirlər, çünki alıcıların çoxu daha məşhur firma adlarına rəğbətlə yanaşır, təkcə adın müəyyən keyfiyyət ölçüsü olduğuna inanır.
Amerikada kapital bazarları kapitalizmin qan damarlarını təşkil edir. Şirkətlər zavod və fabriklərin, ofis binalarının, təyyarələrin, qatarların, gəmilərin tikintisini, telefon xətlərinin çəkilməsini maliyyələşdirmək, eləcə də bir çox digər korporativ fəaliyyətləri maddi cəhətdən dəstəkləmək üçün lazım olan fondları əldə edə bilmək məqsədilə bu bazarlara üz tuturlar. Pulların böyük bir hissəsi pensiya fondları, sığorta şirkətləri, banklar, fond qurumları kimi böyük təsisatlardan, kolleclər və universitetlərdən gəlir.
Latın Amerikası ölkələri borclular siyahısında liderlik mövqeyindədirlər. Ümumi borcun məbləğindən 500 mlrd.dollar onların payına düşür. Əhaliyə düşən (adam başına) hesaba görə Asiyada 300 dollar qarşı 1200 dollar çoxdur. Dünyada ən iri borclu ölkə Meksikadır. Onun xarici borcunun çəkisi 170 mlrd.dollar-la qiymətləndirilir. Braziliyanın 1994-cü ildə130 mlrd.dollar borcu olmuşdur. YSÖ-də ən vacib və ciddi problemlər aşağıdakılardır:
1. Bu ölkələrin əksəriyyətində sabit daxili yığımın olmaması; 2. Bununla bağlı olaraq,bu ölkələrin inkişafının xarici kapitaldan asılı olmaması; 3. İri ölçüdə xarici borclar.
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
— Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.