ABŞ iqtisadiyyatının əsas tərkib hissələri
Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.
Müasir Amerika iqtisadiyyatının kökləri 16, 17 və 18-ci əsrlərdə qazanc dalınca bu qitəyə gələn avropalı məskunlara qədər gedib çıxır. Yeni dünya o zaman uğurlu marginal müstəmləkə iqtisadiyyatından əvvəlcə kiçik müstəqil fermer iqtisadiyyatına, daha sonralar isə tədricən yüksək səviyyəli mürəkkəb sənaye iqtisadiyyatına çevrilmişdir. Bu təkamül ərzində Birləşmiş Ştatlar öz inkişafını izləyən son dərəcə mürəkkəb institutlar inkişaf etdirmişdir. Dövlətin iqtisadiyyata cəlb olunması məsələsi əsas mövzu olaraq qalsa da, bu cəlb olunmanın hüdudları ümumən getdikcə genişlənmişdir.
Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəlxalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibətləri tənzimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər yaradılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir.
Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyətinin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin səkkiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında münasibətlərdə yalnız allahın gücü yox eyni zamanda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fukididinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qobbsun (1588-1679-cu illər) və nisbətən başa çatmış alman generalı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi məlumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.