Xalq təbabəti kateqoriyası üzrə məqalələr

Boyun osteoxondrozu zamanı xalq təbabəti vasitələri

Boyun osteoxondrozu çox yayılmış pozulmadır. Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır. Boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

— Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.

— 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.

— 300 qr iynəyarpağı blenderdə əzilir. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur. Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir.
Davamı →

Mixəkli çay

Təbiət insana sağlamlığı qoruyub saxlamaq üçün bir çox faydalı məhsullar və bitkilər bəxş edib. Bu məhsullardan daim və düzgün istifadə etməklə müxtəlif xəstəliklərin riskini xeyli azaltmaq mümkündür.

Hər gün çay dəmlədikdə çaydana 3-4 mixək əlavə edin. Nəticədə siz çox faydalı və müalicəvi içki əldə edəcəksiniz. Araşdırmalar göstərib ki, mixək çoxsaylı faydalı xüsusiyyətlərlə zəngindir.
Davamı →

Dəmir suyu

Dəmir suyunu bir çox təbiblər geniş istifadə etmişlər, məsələn İbni Sinanın reseptlərində dəmir suyuna çox rast gəlmək olur. Deməli təbiətdə dəmir 2 atom formasında olur, amma qızardılmış dəmir parçasını suya salanda dəmir 3 atom formasında suya keçir və insan orqanizmi bu suyu asanlıqla mənimsəyə bilir.

Dəmir suyu dəmir çatışmazlığında, halsızlıqda tez-tez sidiyə çıxmalarda, yüksəlmiş kreatində, qanlı ishalda çox faydalıdır. Dəmir suyu cinsi istəyi çox artırır və orqanizmi həmişə qüvvətli edir.

Hazırlanması: Əl boyda passız dəmir parçası odda qızardılır və 2 litr suya salınıb söndürülür, bunu 8-10 dəfə təkrar edin, sonra suyu süzün və soyuducuda saxlayın, hər səhər tezdən ac qarına 1 stəkan için, bu proseduru ildə 1 dəfə edin. Faydasını görəcəksiniz.

Fizuli Hüseynov
Davamı →

Qızılgül

Dərinin yaşlanması genetik, ətraf-mühitin təsiri və digər faktorlardan çox asılıdır. Yaşlandıqca bədəndəki molekullar, hüceyrələr azalır və dəri əvvəlki keyfiyyətini itirir.

Ölkəmizdə də yetişən qızılgül bu baxımdan çox dəyərli bitkidir. Çiçəklərindən əldə edilən uçucu yağın faydası olduqca böyükdür. Yeni aparılan araşdırmalar nəticəsində gül ləçəklərinin bilmədiyimiz özəllikləri tapılıb. Kölgədə qurudulan qızılgül qırmızı ləçəkləri çay kimi dəmlənib içilir. Bu çayın tərkibində antioksidant olduğu üçün ömrü uzatdığı məlum olub. Həmçinin gül suyu dərini sıxlaşdırır. Makiyajı gül suyu ilə silərək onun elsatikliyini qoruya bilərsiniz.
Davamı →

Sarımsaqlı süd

Sarımsaqlı süd bizdə çox istifadə olunmasa da olduqca faydalı bir reseptdir. Çünki həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayırlar.

Əvvəlcə hazırlanması haqqında:
Süd bişirilir, 1 stəkan bişmiş südə 1-2 diş sarımsaq sarımsaqəzəndə əzilib qarışdırılır. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin.

Faydaları:
1.Sarımsaqlı süd axşam yatmazdan əvvəl içilərsə yaxşı yuxu gətirir, yuxunu dərinləşdirir.
Davamı →

Qızdırmanı salan təbii vasitələr

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C) təbii vasitələrdən istifadə edin. Sizə ən effektli təbii qızdırma salan vasitələri təqdim edirik.

1. Moruq
Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu «aspirin» kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir. Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri
Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.
Davamı →

Bal və soğan siropu

Bal və soğan qarışığı ənənəvi xalq təbabətində bir çox əsrlər ərzində öskürəyə qarşı istifadə olunub. Bal və soğan siropunun əsas üstünlüyü ondadır ki, istifadə olunan inqrediyentləri bütün il ərzində asanlıqla əldə etmək mümkündür.

Bundan başqa, bu təbii dərman vasitələrinin tərkibində hər hansı təhlükəli kimyəvi, süni boyaq və ya gələcəkdə səhhətinizdə fəsadlara gətirib çıxara biləcək zərərli maddələr yoxdur.
Davamı →

Qarında köp zamanı xalq təbabəti

Qarında ağırlıq, ağrılar, köp kimi simptomlar bir çox hallarda qidanın həddindən artıq miqdarda qəbulundan sonra meydana çıxır. Belə vəziyyətdə sınanmış təbii vasitələr sizə kömək edə bilər.

1. Kefir. 1 stəkan kefir həzm proseslərini asanlaşdırır və sürətləndirir, qarında köp, ağırlıq kimi simptomları yox edir. Kefir olmadıqda təzə qatıq içə bilərsiniz.

2. Çobanyastığı çayı. 1 ç.q çobanyastığı 100 ml isti suda 20 dəqiqə ərzində dəmləyin və için.
Davamı →

Burun tutulması zamanı təbii çarə

Rinit burun balıqqulaqları deyilən burun ətlərinin şişməsidir. Səbəbi allergik və iltihabi ola bilər. Əgər burun tutulmasından əziyyət çəkirsinizsə, onda bu reseptdən istifadə edə bilərsiniz. Lazım olanlar: təmiz ilıq su 500 qram, 1 xörək qaşığı dəniz duzu, 1 xörək qaşığı 20 faizli propolis cövhəri.

Deməli suya 1 xörək qaşığı duzu qarışdırıb həll edin, sonra propolisi əlavə edib qarışdırn. Bu qarışımın 2 formada istifadəsi vardır:

Birincisi: Bu qarışım 20 qramlıq şpirisə çəkilir (şpirisin iynəsi atılır), adam başı aşağı vəziyyətdə duraraq bir burun dəliyindən şpirislə yavaş-yavaş vurulur, o biri burun dəliyindən isə maye tökülür. Bunu gündə 3 dəfə edə bilərsiniz.
Davamı →

Öskürəyə faydalı təbii qarışıq

Öskürək və bronxit zamanı ən tanınmış və effektli vasitələrdən biri soğanla balın qarışığı sayılır.

Qarışığı hazırlamaq üçün 1 kq qırmızı soğan götürülür, xırda doğranılır, tənzifdən yaxşı sıxılır, eyni miqdarda təbii balla qarışdırılır. Qarışığı gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara 1 çay qaşığı verə bilərsiniz.

Öskürək və bronxit zamanı xəstə mümkün qədər çox maye (ot çayları, limonlu-ballı çay, südlə borjom, zoğallı çay və s.) qəbul etməlidir. Bu bəlğəmin durulaşmasına və nəfəs yollarından daha asan çıxmasına kömək edəcək.
Davamı →
Top