Koma (yunanca koma — dərin yuxu) — mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir. Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur. Bunların patogenezi və klinik əlamətləri etioloji amildən çox asılıdır. Bu baxımdan komanın ən çox təsadüf edilən növləri aşağıdakılardır:
Ağrı — toxumalarda üzvi və ya funksional dəyişikliklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji vəziyyətdir.
Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və bütün yalın sinir ucları bu qıcığı qəbul edir.
Ağrı nə qədər əzabverici olub, insan ondan can qurtarmağa çalışsa da, onun böyük bioloji əhəmiyyəti vardır.
Şok (fransızca şok — zərbə) — fövqəladə qıcıqların orqanizmin neyrohumoral tənzim mexanizmlərində törətdiyi reflektor pozulmalar nəticəsində əmələ gələn və mərhələlərlə inkişaf edən patoloji vəziyyətdir. Tipik patoloji proses kimi şok uyğunlaşma xarakteri daşıyıb, ekstremal şəraitdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi hesab edilə bilər.
Şokun etioloji və patogenetik əlamətlərə əsaslanan aşağıdakı təsnifatı vardır:
I. Ağrı ilə əlaqədar şok.
1) ekzogen ağrı (travmatik, elektrikvurma, yanıq, donma, operasiya və s.) nəticəsində şok;
2) endogen ağrı (kardiogen, nefrogen, həzm orqanlarının xəstəlikləri və s.) nəticəsində şok.
II. Humoral amillərlə əlaqədar şok (hemotransfuzion, anafilaktik və s.).
III. Psixogen şok.
Stress (ingiliscə stress — gərginlik) — güclü zədələyici amilin təsirindən törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona uyğunlaşmasına yönəlmiş mühafizə xarakterli qeyri-spesifik reaksiyalarının məcmusudur.
Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz — böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.
Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik simptomlar müşahidə edilir. Hansı amilin törətməsindən asılı olmayaraq, orqanizmdə həddən artıq gərginlik hallarının hamısında hipofizin adrenokortikotrop hormonunun və bunun təsirindən böyrəküstü vəzilərin qabıq maddəsinin kortikoid hormonlarının sekresiyası artır.
Bayılma — beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər bayılma törədə bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorların və bəzi digər farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona, vestibülyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması, həddən artıq fiziki gərginlik, ürəyin blokadası, ekstrasistoliyadan sonrakı kompensator pauza və s.
Disk yırtığı nədir — Bu, deformasiyaya uğramış diskin fəqərə arasındakı yerdəyişməsidir. Ən çox 20-50 yaşarası insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir.
Necə yaranır — Fəqərəarası disk yırtıqları osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək, xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxılmadığı sinirlər isə ümumiyyətlə, funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq və zəifliyə gətirib çıxarır.