ekstremal vəziyyətlər kateqoriyası üzrə məqalələr

Stressə qalib gəlmək

Stress nə deməkdir? İnsanın gündəlik həyatında qarşılaşdığı maddi və mənəvi problemlər qarşısında acizliyi və ya gözlənilməyən, fərdin gücü çatmayan gərginliklərin yaşanılması onun daxili tarazlığının pozulmasına — stresin yaranmasına səbəb olur. Belə olan halda insan hər hansı bir vəziyyətdən çıxış yolunu tapmaqda acizlik çəkir və nəticədə səhhətində ciddi problemlərlə üzləşir. Stress bəzən özündən asılı olmayan səbəblər üzündən də yaranır. Məsələn, müharibə şəraitində yaşayan, faciə ilə üzləşən insanlar yaşından asılı olmayaraq stresin ən ağır forması ilə üzləşdilər. Onların yaddaşında yaşadıqları faciələr, başlarına gələn müsibətlər daim canlanacaq və ömürləri boyu onlara əzab verəcək, incidəcək.
Davamı →

Koma

Koma (yunanca koma — dərin yuxu) — mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir. Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur.

Davamı →

Stress

Stress (ingiliscə stress — gərginlik) — güclü zədələyici amilin təsirindən törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona uyğunlaşmasına yönəlmiş mühafizə xarakterli qeyri-spesifik reaksiyalarının məcmusudur.
Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz — böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.
Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik simptomlar müşahidə edilir.

Davamı →
Top