Etiket və nəzakət qaydaları kateqoriyası üzrə məqalələr

Süfrə mədəniyyət qaydaları

1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.
2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
Davamı →

Süfrə arxasında etiket

1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir.
2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyular. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoymalıdır.
3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.
Davamı →

Beynəlxalq səviyyədə etiket qaydaları

Hər bir qəbul mühüm siyasi tədbirdir. Qəbullar adətən ölkənin milli bayramı, yüksək nümayəndə heyətinin gəlişi və ya dövlətlərarası münasibətdə mühüm hadisələr zamanı təşkil edilir. Qəbullara «yeyib-içmək» üçün gəlməyi düşünənlər çox böyük səhv edirlər. Qəbul şptirakçıları mühüm beynəlxalq problemlər haqqında fikir və informasiya mübadiləsi imkanından istifadə edirlər. İşgüzar aləm üçün də qəbullar birmənalı iş deyildir. Beynəlxalq protokol təcrübəsində, o cümlədən bizdə də qəbullar ifrata varmadan mümkün qədər sadə keçirilir. Qəbullarda "şərabın çay kimi axdığı, qonşunun qonşunu itirdiyi" vaxtlar çoxdan geridə qalıb. Diplomatik qəbulları təşkil edənlər ümumqəbul formalardan başqa, qəbula həmçinin milli kolorit də əlavə etməyə çalışırlar.
Davamı →

Evdə etiket

«Mənim evim – mənim qalamdır». Lakin təəssüflər olsun ki, özümüzü bu qalada apara bilmirik. Ailə — kiçik kollektivdir və yalnız təyin olunmuş normalara riayət etməklə düzgün fəaliyyət göstərə bilər.
Hər bir xalqın, hər bir sosial qrupun əsrlər boyu yaranmış və ənənəyə sadiq öz evini idarəetmə qaydaları vardır.
Ailə üzvünü kənar şəxs saymaq çətindir, ona yad kimi münasibət göstərmək isə qeyri mümkündür. Çox zaman daxili ünsiyyət iqlimi, ər və arvadın hansı ailədən çıxmasından asılıdır. Əgər onlar bir mədəniyyətin ənənələri ilə tərbiyə olunublarsa, onların özləri, valideynləri və uşaqları arasında münasibətlərində problem az olacaq. Narazılıq o evlərdə baş verir ki, bir yerdə yaşamağa başlayarkən ailə etiket qaydalarına riayət etməkdən əl çəkirlər.

Davamı →
Top