Birinci dünya müharibəsi dövründə Avropa ölkələrində də başlamış ümummilli böhran ictimai-siyasi dəyişikliklərlə nəticələndi. 1918-ci il noyabrın əvvəllərində Almaniyada monarxiyaya və militarizmə qarşı etiraz çıxışları başlandı. II Vilhelmin taxtı-tacdan əl çəkdiyi elan olundu. İnqilabdan canını qurtarmaq üçün o, noyabrın 10-da Hollandiyaya qaçdı. Beləliklə, Almaniyada noyabr inqilabı qalib gəldi. Burjua demokratik xarakter daşıyan bu inqilab nəticəsində Almaniyada Veymar Respublikası yaradıldı.
İngiltərədə də azadlıq hərəkatı gücləndi. 1918-ci ilin parlament seçkilərində qələbə çalan Şinnfeyn («biz özümüz») partiyası 1919-cu ilin əvvəllərində İrlandiyanı respublika elan etdi.
Rusiyada və Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş,siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada iki milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət «dərin faciə» qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı.
Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən üç siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar.
Özündən asılı olmayaraq Azərbaycan da Birinci illərində dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.
Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. "Şliffen planına" (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başladı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu.
Müharibənin hazırlanması XIX əsrin sonu — XX əsrin əvvəllərində Fransa hazırlanması və Almaniya arasında ziddiyyətlər kəskin miqyas almışdı. Bu ən çox 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin nəticələri ilə əlaqədar idi. Fransa müharibə nəticəsində itirdiyi Elzas-Lotaringiya torpaqlarını geri almaq niyyətində idi. Almaniya isə öz növbəsində hər vəchlə Fransanın Avropada güclənməsinə imkan verməmək, onu təkləmək, real müttəfıqlərindən, xüsusən Böyük Britaniya və Rusiyadan ayırmağa çalışırdı. Fransa ilə Almaniya arasında müstəmləkə məsələsi üzrə də ziddiyyət var idi. Müstəmləkə bölgüsündə çox gec iştirak etməyə başlayan Almaniya XIX əsrin 80-90-cı illərində Afrikada və Sakit okeanda bir sıra yerləri (Cənub-Qərbi və Cənub Şərqi Afrikanı, Karolin, Marian, Marşall adalarını, Yeni Qvineyanın bir hissəsini) ələ keçirmişdi. 1898-ci ildə Almaniyanın İran körfəzinədək uzanan Berlin-Bağdad dəmir yolu çəkilişini konsessiyaya götürmək razılığını alması ingilis-alman münasibətlərini daha da kəskinləşdirmişdi. Fransanın da Afrikada və Cənub-Şərqi Asiyada müstəmləkəçilik siyasətini gücləndirməsi bu ziddiyyətləri daha da dərinləşdirdi.