Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Qızıl niyə bahadır?

Qızıl korroziyaya uğramır, sürtünməyə davamlıdır, görünüşü gözəl və cəlbedicidir.
Asan emal olunur, kompaktdır və saxtalaşdırılması elə də asan deyil. Bu səbəblərdən də qızıl həmişə hər bir malın dəyərinə ekvivalent hesab edilmişdir, həmçinin pula da.

Lap qədim dövrlərdən insanların maddı rifahının yüksəlməsində də qızılın böyük rolu olduğundan bu metalın qiyməti günbəgün artmaqda davam etmişdir...

Vaxtilə bütün dünyanı bürümüş “qızıl qızdırması”, qızıla hərislik, qızılın istifadədə hədsiz dərəcədə çoxalması bu metalın qiymətinə də, iqtisadiyyata da mənfi təsir görtərmişdir. Məsələn: orta əsrlərdə konkistadorların Amerikadan İspaniyaya gətirdikləri külli miqdarda qızıl ölkədə qiymətlərin sürətlə artmasına və uzunmüddətli iqtisadi böhrana səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ta qədimdən indiyədək qızıl öz dəyərini saxlamış, hal-hazırda da dünya bazarında hər bir mala ekvivalent kimi hesablanmaqdadır. Hal-hazırda qızılın dəyəri daha yüksək, hətta əlçatmaz dərəcədə yüksək ola bilərdi, XX əsrin əvvəllərində dünyəvi valyutaların qızılla dəyərləndirilməsinin qarşısı alınmasaydı.

Qızıl hal-hazırda Maliyyə Bazarının aktivlərindən biri hesab edilir. Maliyyə Bazarında qızılın qiyməti şəraitdən, vəziyyətdən asılı olaraq artıb-azala bilir. Qızılın qiymətinin dəyişməsinə kənar təlabat, yəni – zərgərlik və ya digər istehsalat sahələri təsir göstərə bilir, amma bu çox vaxt hasilatın dəyərinin məhdudlaşdırılması ilə tənzimlənir.

Yer kürəsində ən çox qızıl ehtiyatı dəniz sularındadır. Amma bu hasilat gəlirlilik baxımından, hələ ki, elə də sərfəli deyildir.

azens.az
Davamı →

Dahiyanə qidalar

Qida mütəxəssisləri elmi araşdırmalarla beynin inkişafına daha çox töhfə verən qidaları müəyyən edib. 

Yumurta. Beyinin qatı qismi yağdan ibarət olduğu üçün yağla təmin edilməsi vacibdir. Beyində yaddaşın yaradılması, davam etdirilməsinə kömək edən sinapsinin (xromosomların birləşməsi) yaranması üçün yağ vacibdir.

Bibər hafizəni gücləndirir, beyin yorğunluğunu yox edir. Uzunmüddətli hafizəni 15 faiz inkişaf elətdirir.

Çiyələyin tərkibində olan fisetin maddəsi hafizə itkisinin təsirlərini yox edir, ağıl itirilməsini gecikdirir.

Şokolad tərkibindəki maqnezium və antioksidan baxımından beyinə oksigen daşıyaraq, daha yaxşı çalışmasını təmin edir.

Davamı →

Saçlar niyə vaxtından tez ağarır?

Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər.

Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Bəs  bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır? Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması  və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.

Saçın rəngi onun mərkəz hissəsi olan- beyin maddəsi ilə təyin olunur. Beyin maddəsinin tərkibi, melanisidlər- saç soğanaqlarında yaranan xüsusi hüceyrə olan az saylı piqment və qaz qabarcıqlarından ibarətdir.Piqmentin sayından asılı olaraq saçlar müxtəlif rəngdə olur: açıq, şabalıdı, kürən və qara. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarıcıqlarından ibarət olurlar.

Davamı →

Suyun şırıldama səbəbi

Su axarkən şırıltı yaradan hava qabarcıqlarıdır.

Suyun aktiv hərəkəti və axını zamanı əmələ gələn hava qabarcıqları spartlayaraq yoxa çıxarkən özünə məxsus müxtəlif səslər çıxarır. Bu da şırıltı əmələ gətirir. Tək axar suyun deyil, qaynayan suyun da özünə məxsus bir səsi, şırıltısı vardır.

Səs – hər hansı bir elastik əşyanın titrəyişindən əmələ gəlir və bu titrəyişi yaratmaq üçün hər hansı bir elastik əşyanı əvvəlcə sıxmaq, sonra isə dartıb-uzatmaq lazımdır. Su qaynayarkən yaranan buğ yuxarı qalxaraq qabarcıqlar yaradır, partlayır və bu hal ardıcıllıq təşkil edir. Belə olan halda su özünə məxsus səs çıxararaq – şırıldayır.
Davamı →

Foto şəkildə gözəl düşməyin sirləri

Bəzi insanlar çox gözəl olmasalar da foto şəkildə gözəl çıxırlar. Bəs foto şəkillərdə gözəl çıxmağın sirri nədədir? Bu qaydalara riayət etməklə daha yaxşı fotoşəkil əldə etmək olar. 

İlk qayda rahat olmaqdır. 

Fotoşəkillərdə poz verməməyə çalışın və ya poz vermirmiş kimi hərəkət edin. 

Əgər xüsusi bir çəkilişdirsə hərəkətli olun. Fotograf hökmən sizi təbii bir vəziyyətdə tutacaq. 

Vizajist Troy Celsen sərxoş vəziyyətdə nəzarəti itirməyə başlayacağınızı və işıq nə qədər parlaq olsa da gözlərinizin mat görünəcəyini deyir.
Davamı →

“Wi-Fi” şüası zərərlidirmi?

“Wi-Fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan edib. İndi bir qurğudan digərinə kabel çəkməyə ehtiyac yoxdur, sadəcə “Wi-Fi” router vasitəsilə internetə qoşulmaq olar. Bəs əgər “Wi-Fi” şüası zərərlidirsə?

Hər şeydən əvvəl qeyd edək ki, “Wi-Fi” şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, “Wi-Fi” şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır.

Bu barədə ciddi elmi araşdırmalar keçirilməyib. Hətta hər hansı ölkə tərəfindən araşdırma keçirilsə belə, çətin ki, simsiz texnologiyaların tərəfdarları və ya əleyhdarlarının sayı azalacaq.

Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını “Wi-Fi” ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon “Wi-Fi” qoşulma ilə müqayisədə daha çox zərərlidir.
Davamı →

Uşaqlıq anlarını niyə xatırlamırıq?

Elm adamları uşaqlıq anlarını niyə xatırlamadığımızın səbəblərini açıqlayıb.

Heç bir insan həyatının ilk bir neçə ilini xatırlaya bilməz. Qəribə hesab edilən bu hala kanadalı elm adamları bir açıqlama gətirib.

Araşdırmaya görə, yaş ötdükcə öyrənmə və hafizəni gücləndirən nerogenez keçmiş anları da silir. Beyindəki hüceyrə inkişafını təmsil edən nerogenez tez bir zamanda baş tutur.

Hüceyrə yaranması beynin öyrənmə və hafizəylə bağlı hipokampus qismində yaşanır. Nerogenez beynin daha yaxşı öyrənməsinə kömək edir və hafizəni gücləndirir.

Ancaq aparılan bu yeni araşdırma gənc beyinlərdə yaşanan hüceyrə inkişafının unutqanlığa səbəb olduğunu ortaya çıxarıb.

Yaranan yeni hüceyrələr, hafizəni saxlayan hüceyrələrin yerinə keçir və beləliklə, həyatımızın ilk illəri ilə bağl hər şeyi silib aparır. Araşdırmanın nəticəsinə görə, yeni hüceyrələr hafizənin yeni və daha yaxşı inkişafı üçün köhnə anları silir.

Davamı →

Yuxu gətirən qidalar

Əgər sizin yuxu ilə bağlı probleminiz varsa bu məhsullardan istifadə edə bilərsiniz. Keyfiyyətli və müntəzəm yuxu üçün əsas şərt sinir sisteminin rahat olmasıdır. 
Belə ki, bəzi məhsullar əzələləri yumşaldır, melatonun (yuxu) və xoşbəxtlik hormonu olan serotonin yaranmasını sürətləndirir. 

Amma bu qidaları yuxudan azı 1 saat qabaq yemək məsləhətdir. ANS PRESS türk dietoloq Büşra Totanın yuxu ilə bağlı məsləhətlərini təqdim edir. Onun sözlərinə görə, hər biri 200 kalori olan bu sehrli qidalar həzm sistemini yormadan insanın əsəb sistemini sakitləşdirir.
Davamı →

Beyin üçün 20 tövsiyyə

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

Davamı →

Niyə ayaq üstdə yata bilmirik?

İnsanlar niyə ayaqüstə yata bilmirlər? Çünki, insanlarda əzələlər çox yumşaqdır. İnsanlar bir müddət hərəkətsiz olan zaman əzələlər boşalır və müvazinət itir. Şaquli vəziyyətdə qalmaq üçün əzələlər daim işləməlidir. Əsas da ayaq əzələləri. Bunun üçün də insan daim hərəkət etməlidir.

Sükunət halında, əsasən də, yatan zaman və ya yuxulu vəziyyətdə olarkən, əzələlərin beyinlə əlaqəsi kəsilir. (insanın şaquli vəziyyətdə olmasını beyinin əzələlərlə birbaşa əlaqəsi təmin edir). Beyin dincələrkən, yatarkən (yəni-beyinlə əzələlərin əlaqəsi kəsilərkən) əzələlər tamamilə yumşalır, boşalır (əsas da ayaq əzələləri) və insan yıxılır.

İnsan yuxulayan zaman, onu sıx bir yerdə düz saxlamağa çalışsaq belə, bir dədiqədən sonra, əzələlər yumşalan kimi, insan ya aşağı, ya da ki, sağa-sola tərəf yıxılmağa başlayacaq. Ani, qısamüddətli yuxu fazaları anında belə skelet əzələləri, demək olar ki, tam boşalır, insan müvazınətini itirir və yıxılır.

Davamı →
Top