Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Yaradıcı məsləhətlər

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.
Davamı →

Ömrümüzü nələrə sərf edirik?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. 

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.

Davamı →

Evdə istidən xilas olmağın üsulları

Yayın istisində adam evdən çıxmaq istəmir, amma bəzən mənzildə olmaq daha pisdir. Sizə mənzilinizdə sərinlik yaratmağın bir neçə yoxlanmış üsulunu təqdim edirik.

Pəncərəyə pərdə asın.
Otağın Fin saunasına çevrilməsinin səbəbi düz günəş şüalarıdır ki, onlar pəncərənin şüşəsindən keçir və otaqda havanı qızdırırlar. Bunun üçün pəncərələrə ağ kətan materialdan hazırlanmış qalın pərdələr asın. Ağ rəng günəş işığını əks etdirir, kətan isə öz sərinləşdirici effekti ilə məşhur olan ən yaxşı yay parçasıdır.
Davamı →

Hansı ölkədə dərslər nə vaxt başlayır?


2004-ci ildən etibarən Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayır, mayın 31-i isə başa çatır.
2004-cü ilədək isə ölkədə yeni dərs ili 1 sentyabrda başlayıb, 25 mayda başa çatırdı. Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Yaponiyada təhsil aprelin 1-i başlayıb, mart ayında başa çatır. Təhsil 3 rübdən ibarətdir: Birinci rüb aprel ayının 1-i başlayır, iyul ayında başa çatır. İkinci rüb sentyabr ayından dekabr ayına qədər, üçüncü rüb isə yanvar ayından mart ayına qədər davam edir.
Davamı →

"Talut bulağı" ifadəsinin mənası nədir?

                                                           

Kayzen.az Milli.Az-a istinadən bildirir ki, bu ifadə keçmiş ümmətlərin tarixində baş vermiş bir hadisə haqqında işlədilir. Quranda Bəqərə surəsinin 249-cu ayəsində həmin hadisə təsvir edilir. Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünə başçılıq etmiş Talut adlı hökmdar öz ordusu ilə düşmənin üzərinə yürüş edir. 

Davamı →

Gənədən qorunma yolları

Yay aylarında insanları ən çox qorxudan problemlərdən biri də gənədir. Gənədən qorunmaq üçün nələr edilməlidir?

Gənə dişləməsi nəticəsində keçən krım-Kongo Qanamalı Atəşi (KKKA) xəstəliyi mövzusunda məlumat verən. Dr. Ərdən Uzun, “Hər il mart-noyabr ayları arasında və iyun aylarında pik nöqtədə görüldüyünü bildirib. Son illərdə bu xəstəlik hiss ediləcək dərəcədə artıb.
Davamı →

Test

Latın dilində “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi.

Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi.

Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər.

Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

 

Davamı →

Beyindən düzgün istifadə

Həmişə yaddaşınızdan şikayət edirsinizsə, heç cür diqqətinizi toplaya bilmirsinizsə, tez-tez səhvlərə yol verirsinizsə, deməli, siz də beyindən necə istifadə edəcəyinizi bilməyənlərdənsiniz. Elə isə bunun üçün nə etmək lazımdır?

Beyin açıq havada və ayaqüstdə daha yaxşı işləyir. Mühüm qərarlar qəbul edərkən açıq havada var-gəl etməyi sınaqdan keçirə bilərsiniz.

Beyin bəzən fikir yürütmək üçün müqayisələrə ehtiyac hiss edir. Ona görə də çətin vəziyyətlərlə qarşılaşdıqda, məsələn, «Aristotel mənim yerimdə olsa idi nə edərdi?»-deyə düşünün.

Xarici dil öyrənmək və nə isə əzbərləmək beyni gücləndirir. Hər gün bir neçə yeni söz öyrənin, lüğət oxuyun, alış- veriş siyahısını, ya da telefon nömrələrini əzbərləyin.

Beyin gimnastikasi edin. Bunun üçün məntiq məsələlərindən və ya şahmat kimi oyunlardan istifadə edə bilərsiniz.

Tez -tez vərdişlərinizi dəyişin. Məsələn, bəzən telefonu sol əlinizdə tutun, çantanızı o biri əlinizdə daşıyın və ya evinizə başqa yolla gedin.

Beyin ehtiyatınızı artırmaq üçün hər gün aforizmlər kitabından bir neçə cümlə oxuyun.

Beyninizi gözəl şeylərlə qidalandırın. Məsələn gözəl bir rəsmə baxın ve ya sevdiyiniz bir musiqini gözləri bağlı dinləyin.
Davamı →

Pambıq şəkəri necə hazırlanır?

Yay aylarının əvəzolunmaz ləzzətlərindən biri də pambıq şəkəridir.

Sadə tərkibli və görünüşə malik bu şəkəri, yəqin ki, sevməyən yoxdur. Bəs görəsən, onun hazırlanma qaydası necədir, hər kəsə məlumdurmu? 

Teymur Rzayev — şəhər sakini: “Pambıq şəkərinin şəkərdən hazırlandığını bilirəm, amma tam necə hazırlandığını bilmirəm”.

Orxan Məmmədov — şəhər sakini: “Yox, elə məlumatım yoxdur. Amma bilmək istəyərdim”.

Peşmək, yəni bizim pambıq şəkəri adlandırdığımız şirniyyat növü yalnız toz şəkəri və qida boyasından ibarətdir. Qida boyası şəkərin dadına təsir etmir, sadəcə onun rəngli olmasını təmin edir. Bu vasitəylə sarı, yaşıl, mavi, çəhrayı peşmək hazırlamaq olar. Tərkibi sadə olsa da, xüsusi qurğu olmadan pambıq şəkəri hazırlamaq mümkün deyil.

Satıcı: “Bunun içərisinə şəkər və vanil tökülür. Daha sonra düyməsi basılır və işə salınır. Daha sonra çubuq götürülür, isladılır və pambıq ona dolanır. Çubuq islanmasa, şəkəri saxlamaz”.

Şəkərin pambıq halına gəlməsinə səbəb istinin təsiri ilə onun əriyərək, sentrifuqanın köməkliyi ilə qabın daxilindəki incə dəlikli süzgəcdən keçərək soyumasıdır. Qatı hal alan və qaba toplanan şəkər çubuq vasitəsi ilə bir yerə yığılır.
Davamı →

Dövlət orqanlarının rəsmi saytları

                                                       

Azərbaycan Respublikasının Prezidenti
www.president.az

Nazirlər Kabineti
www.cabmin.gov.az

Davamı →
Top