Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Münasibətlərinizdə problem olduğunu göstərən 10 işarə

1. Birlikdə daha az vaxt keçirirsiniz
Tərəf müqabiliniz xoşbəxt deyilsə, vərdişlərini və sizinlə keçirdiyi zaman miqdarını dəyişdirməyə başlayın. Bu, son zamanda tez-tez baş verirsə, təlaşlanmayın. Ancaq vəziyyətdən asılı olaraq tədbirlər görün. Hər cür münasibətdə belə dəyişikliklər labüddür. Lakin bu, bir uyğunsuzluq işarəsi də ola bilər.

2. Tərəf müqabiliniz tənha qalır
Onun davranışında dəyişiklik görsəniz, demək, burada nəsə var. Və bu dəyişiklik sizi kənarda qoyursa, sizi xoşagəlməz sürpriz gözləyir. O, sizinləykən özünü xoşbəxt hiss etmədiyi üçün sizdən uzaqda vaxt keçirir. Hər şey üçün çox gec olmadan, onunla söhbət edin.

3. Qəzəbinə hakim ola bilmir
Əvvəlki vaxtlara nisbətən daha tez əsəbiləşməyə başlayıbsa, bu, bir problem ola bilər. Səbr mövzusunda dəyişiklik hiss edirsinizsə, demək, o, sizinlə xoşbəxt deyil. Bir insan münasibətində xoşbəxt deyilsə, əsəbləşməklə hirsini çıxarır. Belə halla rastlaşmısınızsa, vaxt keçmədən onunla danışın.
Davamı →

İt hücumu zamanı nə etməli?

Əgər bir it aqressiv davranırsa, ya insanlardan zərər görüb, ya da xəstəliyi var. Aqressiv itlə qarşılaşdığımızda hücum edəcək deyə çoxumuz qorxub qaçırıq. Amma qaçmaq da doğru deyil. Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək.

Təşvişə düşməyin
İt və digər heyvanlar qorxunu hiss edir. Sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.

Yavaşlayın
Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq.
Davamı →

Ölkələrin ənənəvi içkiləri

Çika – Perunun evdə hazırlanan qarğıdalı pivəsidir. Perunun kiçik kəndlərində qapısına süpürgə və ucuna qırmızı torba asılan evlər görsəniz, bilin ki, içəriyə girib ləzzətli Peru Çikası içə bilərsiniz.

Klub Mate – Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.

Fernet Kola (Argentina) – Həzmə kömək edən, ədviyyatlı Fernet Kola çox məşhurdu və ən çox kola ilə içilir.
Davamı →

Meteohəssaslıq

Havanın kəskin dəyişilməsi, maqnit qasırğalar bir çox insanların səhhətinə və əhval-ruhiyyəsinə mənfi təsir edir. Buna meteohəssaslıq deyilir. Meteohəssaslıq bu və ya digər formada, demək olar, hər bir insanda var.

Meteohəssaslığın yüngül formalarında insan yorğunluq, yüngül baş ağrısı, əhvalın dəyişilməsi hiss edə bilər. Ağır formalarda isə güclü baş ağrıları, təzyiqin kəskin yüksəlməsi, ürək tutması kimi simptomlar meydana çıxır.

Havanın kəskin dəyişilməsi səhhətinizə daha az təsir etsin deyə, həkimlərin tövsiyələrinə əməl edin:

1. Fiziki və emosional gərginlikləri azaldın — daha az işləyin, daha çox dincəlməyə çalışın.
Davamı →

Uşaq böyütmə sənətinə fərqli yanaşmalar

Danimarkalılar alış-verişə, restoran və kafeyə gedərkən uşaqları küçədə-bayırda saxlayırlar. Belə hesab olunur ki, təmiz hava uşaq üçün faydalıdır.

Vyetnamda uşaqları izləyən valideynlər sidiyə gedərkən onlara fit çalmağa başlayırlar. Uşaqlarda belə bir refleks yaranır ki, fit çalınan zaman sidiyə getmək lazımdır.

Polineziya adasıda valideynlər yox, böyük uşaqlar balacaların qayğısına qalır və onlara həyatı öyrədirlər.

Yapon valideynlər uşaqların şəhərdə sərbəst gəzməsinə icazə verirlər. 4-7 yaşlı uşaqları təkbaşına metroda görmək olar, bu çox normal haldır.
Davamı →

Kiçik mətbəxi böyük göstərməyin yolları

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür.

Açıq rənglər istifadə etmək
Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

Açıq rəflərə şans verin
Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

Şüşə qapaqlara üstünlük verin
Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.
Davamı →

Bəyaz küy

İnsanların beyni gün ərzində müxtəlif məlumat toplayır, onu emal edir, araşdırır, yadda saxlayır. Bütün bu proseslər davamlı olaraq fəaliyyət göstərir. Yuxu insana rahatlıq gətirərək onu sanki yeni günə, yeni işlərə hazırlayır. İnsanlarda baş verən yuxu pozğunluqları onlarda müxtəlif psixoloji, psixo-nevroloji və psixo-fizioloji xəstəliklərə səbəb olur.

Adətən, daha çox yuxusuzluq problemləri ilə qarşılaşan, lakin daha az şikayət edən analardır. Ana yeni doğulan körpənin ilk günlərdə yuxu rejiminin olmaması, gecə və gündüzlərin səhv salınması, köp və qaz problemlərinin olması, daha sonra isə diş çıxarma və digər uşağı narahat edən problemlərlə üzləşir.
Davamı →

Səssizlik müalicə edir

Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir. Xüsusilə bu şəhər sakinlərinə aiddir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur — ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir.

Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur. Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.
Davamı →

İşə getmədən pul qazanmağın 7 yolu

Evdən çıxmadan gəlir əldə etmək mümkündürmü? Yəqin ki, sual qulağa xoş səslənir. Səhər tezdən oyanmaq, şəhər nəqliyyatında işə tələsmək, ofis həyatı və dedlaynlar olmayan işin qədrini ofis işçiləri yaxşı bilir. İndi isə sizinlə evdə oturduğunuz yerdə necə pul qazanmağın yollarını bölüşəcəyik. Məqaləmiz xüsusilə işləməyən, ailəli xanımlar üçün faydalı olacaq.

1. Web Tester
Artıq demək olar ki, əksər şirkətlər öz fəaliyyətlərini internet üzərində qurub. Hər gün onlarla, bəlkə yüzlərlə yeni veb səhifələr istifadəyə verilir. Bu da Veb Tester vəzifəsini aktuallaşdırır. Dünya təcrübəsində bu xidmətdən kütləvi şəkildə istifadə olunur. Söhbət saytın istifadəçilər üçün nə qədər əlverişli olmasından, hər hansı məlumatına tapılmasının asan və ya çətin olmasının yoxlanmasından gedir. Sayt rəhbərliyi öz səhifəsindəki bölmələrin nə dərəcədə əlçatan və faydalı olmasını öyrənməkdə maraqlıdır. Təbii ki pula – Amerikada hər yoxlanılan veb sayta görə 10-15 dollar civarında haqq ödənilir. Bizdə bu işdən daha artıq pul qazanmaq olar.
Davamı →

Səhər gözəl saçlarla oyanmaq üçün

Yuxudan oyananda güzgüyə baxmağa qorxursunuz? Saçlarınız sizi dəhşətə salır? Elə bilirsiniz gözəl saçlarla oyanmaq ancaq kinolarda olur? Əslində isə bu, sandığınız kimi çətin iş deyil.

Yatmadan əvvəl saçlarınızı hörün
Yatarkən saçlar bir-birinə sürtünərək, elektriklənir və dolaşır. Bunun qarşısını almaq üçün edilə biləcək ən praktik yollardan biri saçları hörməkdir. Ancaq saçlarınızı quru ikən hörün və çox bərk sıxmayın.

Bir neçə damcı hindqozu yağı damcıladın
Saç uclarına sürtdüyünüz hindqozu yağı saçların elektriklənməsinin qarşısını almaqla yanaşı parlaq görünməsinə də yardımçı olur. Ancaq hindqozu yağını çox istifadə etməməyə və saç diblərinə sürtməməyə diqqət edin.
Davamı →
Top