İnsanın demək olar bütün bədəni piy vəziləri ilə örtülür. Bu vəzilərin ifraz etdiyi dəri piyi dərinin sağlamlığı üçün olduqca vacibdir.
Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Piqmentləşmənin dərəcəsi dəridə melaninin az və ya çox olmasında asılı olur. Dəridə piqmentləşmə dərinin fizioloji müdafiəsi kimi qiymətləndirilir. Piqmentləşmə, düz düşən günəş şüaları dəriyə təsir edən zaman, kimyəvi maddələrin təsirindən (yod) və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir.
Döyənək: Əgər ayaqlarınızda döyənək (mazol) varsa sintetik sirkə (uksus) ilə unu qarışdırıb xəmir formasına salıb döyənəyin üstünə qoyun, 2-3 dəfədən sonra döyənək düşəcəkdir.
Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.
Bu səbəbdən əgər sizi «səbəbsiz» qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.
Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:
— Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).
Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.
Yoluxucu xəstəlik olan ayaq göbələyi əsasən barmaqların arasında əmələ gəlir. Tez-tez tərləyən, immuniteti zəif olan adamlar, diabetli xəstələr və idmançılarda göbələk infeksiyası riski daha çoxdur. Tibbi dildə “pəncə mikozları” adlanan bu problem əsasən natəmizlikdən yaranırsa, bəzən də burada ətraf mühitin, ayaqqabıların böyük təsiri olur.
Dermatoloq Azər Qocayevin sözlərinə görə, əgər insan uzun müddət çimmirsə, ayağı tərləyirsə, geyindiyi ayaqqabı keyfiyyətsiz istehsalçı tərəfindən istehsal olunubsa, yaxud köhnə ayaqqabını üç-dörd il geyinirsə, həmin adamlarda pəncə mikozu yaranma riski olur. İctimai yerlərdə, ümumi hamamlarda, saunalarda, idman zallarında, spa mərkəzlərində olan adamlar daha çox ehtiyatlı olmalıdırlar.
Göbələk bakteriyaları ətraf mühitdə hər yerdə mövcuddur. Bu canlıların yaşayıb çoxalması üçün rütubət və isti yerler əlverişlidir. Tərləyən ayaqlar isə bu baxımdan ideal məkandır.
Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.
Pəhriz saxlayanlar üçün nəzərdə
tutulmuş içkilər:
Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir.
İşlənmiş qidalar:
Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz.
