Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər. Bəs, hansı dəyişiklər hansı xəstəliyin xəbərçisidir?
Solğun dırnaqlar 
Yaş artıqda dırnaqların rəngində solğunluq müşahidə edilir. Ancaq qısa müddət ərzində onların rənginin birdən birə dəyişməsini müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin. Çünki bu, qan azlığı, ürək, qaraciyər proqblemlərinin xəbərçisi ola bilər.
Sarı dırnaqlar
Tez-tez qırmızı dırnaq boyasından istifadə onların rənginin saralmasına yol aça bilər. Amma tez sevinməyə dəyməz. Çünki bu, göbələk xəstəliyinin də əlaməti sayıla bilər.
Bəzən insanların dodaqlarında xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərin səbəbi 1-ci tip herpesdir (sadə herpes). İlin soyuq aylarında dodaqlarda herpesin əmələ gəlməsi ehtimalı artır.
Herpes virusdur. Həkimlərin araşdırmalarına əsasən, dünyada insanların 90% bu virusun daşıyıcısıdır. Herpes hava-damcı, cinsi yolu ilə və uşaq ana bətnində olarkən anadan uşağa keçir. Məhz bu səbəbdən insanların əksəriyyətində bu herpes var.


Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.
Kuperoz dəridə qan dövranının pozulmasına deyilir.Bu xəstəlik ilə kosmetoloji və dermatoloji müalicə üsullarının köməkliyi ilə mübarizə aparmaq olar.Kuperoz ilə xəstələnmənin əsas səbəbi həssas dəriyə sahib olmanızdır.Beləki, bu zaman üz dəriniz əlverişsiz mühit şəraitində ona qaşınma, göynəmə, iltihablaşma, qızarma kimi əlamətlərlə reaksiya edəcəkdir.Üzün daha çox çənəaltı. burun, alın nahiyyələri və yanaq dərisində müşahidə oluna bilər.Ancaq konkret olaraq istənilən nahiyyədə və sərhədsiz bir şəkildə inkişaf edə bilər.Daha sonra isə üz dərinizin damarları genişlənir, elastikliyini və qızarıqlığını itirir və şişkinlik daimi xarakter almağa başlayır.Bu daha çox parlaq dəriyə sahib insanlarda müşahidə olunur.
Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır.
Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) — zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.
«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.