Hədəflərimizi bilmək kifayət deyil. İnsanların çoxu burada ilişər. Hədəfi və tapıldığı yer arasında itər. Halbuki doğru olan HƏDƏF təyin etmək və ona gedən doğru yolu, yolları və vasitələri, tapmaqdır. Bu ən az hədəfin özü qədər əhəmiyyətlidir.
Şagirdlər, pis vərdişlərindən xilas olmağa çalışanlar, çəki artırmaq ya da azaltmaq istəyənlər, həyatını nizama qoymaq istəyənlər, işini inkişaf etdirmək istəyənlər və sairə hamı həmişə burada ilişir deyə düşünürəm. Haqsız da deyiləm. Yalnız Hədəf deyil, eyni zamanda düzgün yol tapmağı da bilmək lazımdır ki, düzgün istiqamətdə olub olmadığınız bilinsin. Və müdaxilə edildiyi zaman, yol bağlandığında nə edilə biləcəyini biləsiniz.
Frederick Smith 1944-cü ildə Mississipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, onlardan gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederick, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmaq istədiyi haqda yazmışdı. Bu tapşırığı görən professoru, onun kağızına baxdıqda başını yelləyərək, «qeyri-mümkün bir şey düşünürsən» dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.
Sonra 1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində tələbəykən imtahan kağızına yazmış olduğu xəyalından bəhs etdi. Belə ki, onun fikrini bəyəndilər və dərhal tətbiq etməyə başladılar. Təyyarə və yük maşınlarını satın almaq üçün çox pul xərclənib. Bu işdə çalışan personalın ödənişi də yüklü bir məbləğ tuturdu. Lakin Frederick, müsbət düşünən, daim «Mən edə bilərəm!» deyən bir insan olaraq, bir çox adamı bu işə pul yatırtmağa razı salmışdı.
Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.
Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi. Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş.
Yaponlar köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri qədər uzağa gedib-gələ biliblər və tutduqlarını da soyuq hava anbarında dondurulmuş olaraq saxlaya biliblər. Ancaq, Yapon xalqı bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd etmiş və bu balıqlara çox pul ödəmək istəməyiblər .
Bundan sonra balıqçılar çarəni gəmilərinə balıq akvariumu yerləşdirməkdə tapıblar. Yapon xalqı bu dəfə də canlı olmasına baxmayaraq bu balıqların da ləzzətindən bir fərqlilik hiss etmişlər. Hərəkətsiz, uyğunlaşmış bir vəziyyətdə günlərlə yol gedən balığın, canlı, diri və hərəkətli balığa görə ləzzəti çox fərqliymiş.
Sonunda Yaponlar təzə və ləzzətli balığı süfrələrə gətirə biləcəkləri tam fərqli bir yol tapmışlar: Balıqları yenə gəmidəki akvariumlarında saxlayarkən içinə kiçik bir köpəkbalığı atıblar. Beləcə balıqların bir qisimi köpəkbalığı tərəfindən yeyilməsinə baxmayaraq yerdə qalanlar son dərəcə təzə qala bildilər .
Komanda işi əməkdaşlığı və başqaları ilə ümumi dilin tapılmasını tələb edir. Effektiv komanda səylərinin əsasında, şəxslərarası ünsiyyət dayanır. Siz müstəqil işləyirsinizsə, şəxslərarası ünsiyyət bacarıqları bir o qədər də əhəmiyyətli deyil. Amma nə vaxt ki, sizdən başqa insanlarla sahmanlı əməkdaşlıq tələb olunur bu keyfiyyətlərin əhəmiyyəti o zaman dəfələrlə böyüyür.
Bu məqalədə komanda işini keyfiyyətli etmək və yüksəltmək üçün məsləhətlər təsvir olunub:
1. Yenilərə iş ortamına alışmağa kömək etmək
Komandanın çox üzvlərinə öz sıralarına yeni üzvləri qəbul etmək çətindir. Yeni kollektivə alışmaq və komandanın daxilində münasibətlərin (əlaqələrin) iyerarxiyasını anlamaq təkcə yenilər üçün lazımlı deyil. Əgər onlara heç kəs bunda kömək etmirsə, bu adətən qrupun daxilində nifaqa səbəb olur. Yenilər birinci vaxt özünü kənarda qalmış hiss edirlər, əgər komandaya yeni üzvlərin gəlməsi davam edərsə, onda nəticədə iki koalisiya yarana bilər — köhnə və yeni qvardiyalar.