Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar.
İndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar...
Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz.
Mənbə: «Ailəm» jurnalı

Fars padişahının əmriylə iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „
7 yaş- Atası ölüb;
İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.