
Pulu cəzb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.
1983-cü ilin 4 dekabrı Avstaliyanın Brisben şəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşmüşdülər. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələ ki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağı ona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: «Bizim oğlumuz çox gözəldir...»
Hər insan həyatında ən az bir dəfə rədd edilmə vəziyyətiylə qarşı-qarşıya qalır. İstədiklərini əldə edənlərlə, edə bilməyənlərin arasındakı fərq, istəklərinə çatanların özlərinə və etdikləri işlərə inanmaları və sınamaqdan əsla və əsla imtina etməmələridir. Tarixdəki məşhur adların əldə etdiyi uğurların arxasında bir çox rədd cavabı almalarına qarşı səylərini eyni əzmlə davam etdirmələri durur. Onsuz da rədd cavabına məğlub olanları tarix də ağılından çıxarmışdır.
Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsənsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsən :
Hər şey səninlə başlayır! İnsanın gücü içindən gəlir!1. Düzgün cavab mövcud deyil.
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.
Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.
2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və heç bir təbii resursları olmayan bir ölkədir. Amma bu dövlətin 120 milyona yaxın insanı var ki, onu dünya iqtisadiyyatında 2-ci ən güclü dövlət edib. Beləlikə, əgər şirkətin güclü resursları yoxdursa, ona irəli getmək üçün yaxşı işçilər kifayətdir.

sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir. Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir.
Sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.