cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşmişdir. Bunlardan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902– 1979), P.Lazarsfeld (1901– 1976) və digər mütəfəkkirlər fəal surətdə təbliğ etmişlər. İkinci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi artıq dönə– dönə adını çəkdiyimiz M.Veberi qeyd edə bilərik.