Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki, həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır. Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün (V– X əsrlər) məhsulu olmuşdur. Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476– cı il) başladığı halda, bu dövrün fəlsəfi təlimi I– IV əsrdən formalaşmışdı. Bu, özünü stoiklərin, epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi. Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat, Platon və Aristotel kimi parlaq simalar olmamışdır.
Biolojilik və sosiallıq məsələsi ilə fəlsəfi antropologiyada təhtəlşüur (şüur altı ) və şüurluluq problemi də sıx əlaqədardır. Təhtəlşüur və şüurluluq insanın mövcudluğunun psixik və bioloji tərəflərini əks etdirir.
Uzun illər ərzində fəlsəfədə antropoloji rasionalizm prinsipi hökm sürmüşdür. Yəni insan, onun davranışının motivləri və varlığının özü ancaq şüurlu həyatın təzahürü kimi araşdırılmışdır. Bu baxış özünün parlaq təcəssümünü məşhur kartezian tezisində «cogito ergo sum» («düşünürəm, deməli mövcudam») tapmışdır. Həmin planda insan da yalnız «ağıllı insan»kimi çıxış etmişdir. Lakin yeni dövrdən başlayaraq fəlsəfi antropologiyada getdikcə daha çox təhtəlşüur problemi diqqət mərkəzinə keçir. Leybnits, Kant, Kyerkeqor, Hartman, Şopenhauer, Nitşe kimi müəlliflər müxtəlif tərəf və mövqelərdən hələ dərk etməyən insanın, psixik proseslərin rol və əhəmiyyətini təhlil etməyə başlamışdır.
a) Elmi- texniki inqilab və onun sosial nəticələri
Elmi texniki inqilaba qədər bəşəriyyət artıq iki inqilab görmüşdür. Bunlardan birincisi neolit dövründəki aqrar inqilabı, ikincisi isə 18-19-cu əsrlərin sənaye inqilabı idi. 20-ci əsrin 2 yarısında elmi-texniki inqilab cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında köklü texnoloji çevriliş idi. ETİ-nin 20-ci əsrin 2-ci yarısında baş verən əsas texnoloji məzmunu elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvələrinə çevrilməsi olmuşdur. Sistematik elmi biliklər tədricən cəmiyyətin digər ənənəvi mənbələri o cümlədən təbii resurslar və xammal, əmək və kapital ilə yanaşı maddi rifahın yüksəlişinin həlledici faktoruna çevrilmişdir.
Platonu (b. er. əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır.
Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin ortalarında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual elitaya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların istehsal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qovuşması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayılması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalışmışdır.
a) Elmin sosial funksiyası
İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.
Elm sözü biliksizliyə əks olan biliyi ifadə edir. Biliksizlik isə, məlum olduğu kimi, bu və ya digər hadisə, proses və şeylər haqqında məlumatsızlıq deməkdir. Hər bir elm öz predmet və metoduna malikdir. Predmet dedikdə nəyin tədqiq olunduğu, metod dedikdə isə həmin tədqiqatın hansı üsullarla aparıldığı başa düşülür.