Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur problemi ən çətin və ən müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək, gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. ilə məşğul olmağa çalışırlar. Lakin bütün bunlar– əhval– ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır.
Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insanın qarşısında bütöv bir hadisə, ümumi vəhdət, özünə çoxsaylı müxtəlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət hadisələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümumi varlıqdır. Həmin sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– mümkündür. Başqa sözlə desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bitkiləri, fiziki prosesləri və s. aid etmək olar.
a) XIX– XX əsr rus fəlsəfəsinin ənənələri və xüsusiyyətləri;
b) L.N.Tolostoyun fəlsəfi təlimi;
c) V.Solovyovun «rus ideyası» və metafizikası;
ç) N.Berdyayev.
a) Hegelin sistemi və dialektikası;
b) L.Feyerbaxın antropoloji materializmi;
c) K. Marksın tarix fəlsəfsi.
a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri;
b) F.Bekon və onun induktiv metodu;
c) R.Dekart;
ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»;
d) «Monadologiya» və onun müəllifi Leybnits;
e) C.Lokkdan Kanta qədər.