I. Mütləq maddə inancı
Dövrümüzün masonları eynilə Qədim Misirdəki fironlar, rahiblər və digər zümrələr kimi maddənin əzəli və əbədi olduğuna, sonsuzluğuna, yaradılmadığına və canlıların təsadüflər nəticəsində cansız maddədən törədiyinə inanırlar. Mason qaynaqlarında bu yanaşmalarla təfərrüatlarına qədər tanış olmaq mümkündür. Ustad mason Səlami Işındağın «Masonluqdan əsinlənmələr» adlı kitabında bu materialist fəlsəfə belə açıqlanır:
Humanist əxlaq nəzəriyyəsi
Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar.
Masonluq humanizmi: insana sitаyiş etmə
Masonlar öz əbədiyyatlarında humanist fəlsəfələrini və Ilahi dinlərə qarşı çıxmalarını təfsilаtı ilə izаh edirlər. Onların nəşrlərində bu mövzu ilə bаğlı xeyli açıqlama, izah, şərh və simvollar var. Artıq dediyimiz kimi, humanizm insanın Yaradıcısı olan Allaha arxa çevirməsi və özünü kainatın "ən uca varlığı" kimi görməsidir. Bu, əslində elə insana etiqaddır. Həmin ağılsız inanc XIV və XV əsrlərin kabbalist humanistlərindən günümüzün masonlarına qədər davam etdirilir.