Tampliyerlərdən bəhs edərkən bu qəribə səlibçi təşkilatın Qüdsdə tapdığı gizli təlimdən yararlandığını bildirmişdik. Onların məhz bunun nəticəsində xristianlığı tərk edərək, magiya ayinləri həyata keçirdiklərini də demişdik. Okultizm (gizli elmlər) tarixinin məşhur ekspertlərindən sаyılan fransız yazarı Elias Lui (Elias Lui) «Histoire de la Magie» (Magiya Tarixi) adlı kitabında tampliyerlərin Kabbala doktrinası əsаsındа gizli təlim yаrаtdıqlаrını tutarlı arqumentlərlə əsaslandırır.
Qədim Misirdən Kabbalaya
Bir tampliyer-mason məbədi: Rosslyn Kapellası
Ümumiyyətlə, istər Osmanlı İmperiyası, istərsə də Türkiyə Respublikası dövründə masonluğun fəaliyyəti haqqında aparılmış tədqiqatlara və araşdırmalara istinad edərək Türkiyədəki masonların fəaliyyət tarixini 5 dövrə bölmək olar:
1. XVIII əsrin əvvəlləri — 1909-cu il;
2. 1909—1923-cü illər;
3.1923— 1935-ci illər;
4. 1935—1948-ci illər;
5. 1948-ci ildən bu günə kimi.
Türkiyəli masonların özləri öz tarixlərini araşdırarkən qeyd edirlər ki, Türkiyədə masonluğun meydana gəlib inkişaf etməsi və fəaliyyəti əslində, əsnaf cəmiyyətlərinə, fütüvvətnamələrə, hətta bektaşilik kimi Anadoludan qaynaqlanan təriqətlərə bağlıdır. Ancaq bu fikirlər o qədər də əsaslı deyildir. Çünki masonluğun əvvəl Osmanlı imperiyasına, bu imperiyanın dağılmasından sonra yerində dünyəvi prinsiplərə uyğun qurulmuş Türkiyə Respublikasına Qərbdən «idxal malı» olaraq gəldiyi və təməllərinin «yadellilər» daha sonralar da «azlıqlar» əlilə atıldığını aydın görmək olar. Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə xas mason və yaxud bir Türkiyə masonu anlayışı da yoxdur. Xarici vətəndaş olan hər hansı bir mason da Türkiyədəki mason lojaların birində «qardaş» kimi fəaliyyət göstərə bilər. Elə buna əsasən də biz Türkiyə mason tarixi, ya da Türkiyə masonluğu demək əvəzinə daha doğru və həqiqi olaraq Türkiyədəki masonluq və tarixi demək olar.