Almaniyanın Dresden şəhərində olan bu binanın mühəndislik möcüzəsi bir xüsusiyyəti var. Binanın adı Neustadt Kunsthofpassage. Yağış yağdığında musiqi çalan bu bina musiqiçilər və mühəndislər tərəfindən yaradıldi. Yəni bu bina hər yağış yağdığında şəhərdə yaşayanlara musiqi çalır.
Binaya turistlərin də sıx marağı görünür.
Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salan, dəhşət verici təbiətinə və canlıları duzdan heykəllərə çevirməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü, Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir. Göl, Ewaso Ng'iro çayı və ayrıca isti qaynaq suları ilə bəslənir. 3 metrdən daha az dərinliyi ilə dayaz olmasına qarşı, dəyişən buxarlanma nisbətləri səbəbiylə olduqca dəyişən genişliyə malikdir.
Gölün " natron " adını sözün mənasından da aydın olduğu kimi «Təbii natrium karbonat, soda və ya natrium hidroksid » məzmunundan ibarətdir.
Na2CO3 · 10H2O (natrium karbonat ) və ayrıca yüzdə 17 nisbətində də NaHCO3 (natrium bikarbonat ) ehtiva edən göldə fərqli miqdarlarda da natrium xlorid və natrium sulfat vardır. Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman zaman suyun istiliyi 60° C-ə qədər çıxa bilir. 9-10.5 arasındakı Ph dərəcəsiylə canlılar üçün ölümcül ola bilir.
Hollivudun ən yaraşıqlı kişilərinin çoxu modellərlə sevgili olur. Yaraşıqlı kişilərin “Victoria Secretin” gözəl mələkləri ilə sevgili olmasına artıq öyrəşmişik. Lakin heç də bütün yaraşıqlı kişilər gözəl qadınları seçmir.
Aaron Conson və Sem Teylor-Vud
Yaraşıqlı aktyor “Con Lenon olmaq” filiminə çəkiləndən sonra hamını təəccübləndirir. Belə ki, “The Sun” agentliyinin müxbirlərinin aktyorun izinə düşməsindən sonra məlum olur ki, aktyor filmin rejissoru ilə görüşür. 32 yaşlı aktyor 45 yaşlı Sem Teylor-Vud ilə ailə qurur. Bu xəbər ilk vaxtlarda hamını təəccübləndirsə də, sonradan normal qarşılanır. Cütlüyün indi iki övladı var.
Bildiyimiz kimi bütün kitablar ağacdan hazırlanır, lakin buna memarlıq tərəfdən baxsaq bu ideya yalnız Nino Orlandiyə məxsusdur. İtalyan memarı maraqlı və yadda qalan əsərlər yaradır hansılar ki, hər biri kiçik hekayədən danışır.
Ümumilikdə memarın bütün memarlıq əsərləri kitab mövzusu ilə bağlıdır. Kitab bilik mənbəyi olub və insanı təhsilə yönləndirdiyi kimi eləcə də incəsənətə yönləndirir.
Orlandi demək olar ki, gənc yaşlarından memarlıq ilə məşğul olur və o, demək olar ömrünün artıq 14 ilini bu sahəyə həsr edib. Bir çox incəsənt adamları kimi Orlandinin də əsas məqsədi “mümkün” və “qeyri-mümkün” arasındakı sərhədi açmaqdı. Fantaziyasından istifadə edərək kitabların içindən çıxan əl, qədim dövrə aid element və ya hadisə kitab üzərinə qabardaraq yaratmaqla o buna az da olsa nail olur.