Fotosessiya kateqoriyası üzrə məqalələr

Enni Leybovits ulduzları Disney obrazlarında

Penelopa Krus, Skarlett Yohanson, Devid Bekhem və digər ulduzlar sözün əsil mənasında nağıllar aləminə düşüblər...

Davamı →

Dünyanın ən gözəl topiar bağı

İngiltərənin Kumbria bölgəsində yerləşən Levens Halldakı bağ dünyanın ən gözəl və böyük topiar bağı kimi tanınır. Bağ 1694-cü ildən bəri hamını heyran edir. Burdakı yüzdən çox ağac və kolun 300-ə yaxın yaşı var. Ən böyük ağac isə çətir formasındadır. Yağışdan qaçanlar bu ağacın altında sığınacaq tapırlar.

Təbii ki, bu qədər bitkiyə qulluq edib qorumaq da asan iş deyil. Levens Halldakı bağları bərpa etmək bağbanların təxminən 6 ayını alır. Bağdakı budama işləri sentyabrda başlayır və 6 ay davam edir. Bu müddət ərzində 10 hektarlıq ərazi tam səliqəyə salınmalıdır. Turistlər bura daha çox budama işi başlamazdan öncə gəlirlər.

Davamı →

Dünyanın maraqlı kitabxanaları

1. Aberdin Universiteti kitabxanası, Şotlandiya

Davamı →

Dünyanın sonu fotolarda

Belçikalı rəssam Jonas De Ro və Rusiyalı rəssam Vladimir Manyuxinin dünyanın sonuna həsr olunmuş əsərləri.
Davamı →

Səyyah heykəllər

Məşhur fransız heykəltaraşı Bruno Katalaonu kəsilmiş hissələrdən ibarət heykəllər yaratmışdı. İlk baxışdan bu heykəllər tamamlanmamış kimi görünsədə lakin bu əsərlərin dərin mənası var. Bruno öz əsərlərinə hər hansısa fikir bildirməsə də, zənnimcə o bu əsərlər vasitəsi ilə sadə xalqa nəyi isə çatdırmaq istəyirdi.

Onun “Səyyah” adlı heykəllər silsiləsində Van Qoq da yer almışdı.

Davamı →

Uğursuz incəsənət əsərləri muzeyi

Artıq 20 ildir ki, Bostonda rəssamların ən uğursuz rəsmlərinin muzeyi mövcuddur.

 1993-cü ildə antik əşyalar mütəxəssisi olan Skott Wilson Boston küçələrində gəzişərkən diqqətini zibillikdə bir rəsm əsəri çəkir. Skottun fikrinə görə o rəsm o qədər pis çəkilmişdir ki, rəsmi mütləq muzeydən asılmalı idi. Sadəcə yaradıcı və müasir incəsənt deyil, ən uğursuz rəsm əsərləri olan muzeydə olmalıdır. Lakin belə muzey mövcud olmadığından Skott belə bir muzeyi özü yaratmağı qərara alır. Beləcədə ən uğursuz incəsənət əsərləri muzeyi yaranır, lakin əvvəlcə muzeydə cəmi 1 eksponat mövcud idi və sərgi Skottun öz evində təşkil olunmuşdu.
“Praktiki olaraq dünyanın hər şəhərində, ən uğurlu və möhtəşəm incəsənt əsərləri üçün muzey var, lakin bizim bu muzey ən uğursuz işlər üçündür”- bu sözləri Skkotun dostu Jerry Rayli demişdir.
Davamı →

Roman qəhrəmanlarına qoyulmuş heykəllər

Artur Konan Doylun məşhur detektivi Şerlok Holms. Konan Doylun hekayələrində London, Baker küçəsi 221B ünvanında yaşayan Şerlok Holmsun heykəli, elə həmin küçədə metronun çıxışında qoyulub. (müəllif: Con Dabldey, 1999)
Davamı →

Alisanın macərası XXI əsrində

Balaca qız tamamilə ağ otaqda yuxudan oyanıb onu əhatə edən əşyaları ilə tanışolmağa başlayır. Sonra isə o, başqa parlaq dünyaya açılan qapını tapır. Beləcə onun  rəngli dünyada macəraları başlayır.

Alisanın Macərası XXI əsrində fantaziya dünyada baş verir. 

Layihənin müəllifi — amerikalı fotoqraf  Edrien Brum. Hər otaqda da dekorasiyaların hazırlanması üzərində 10 nəfərdən ibarət komanda işləyir. Onların arasında heykəltəraşlar, nəbatatçılar, kulinarlar və bir çox başqaları var. Bir otağın çəkilişlərinə hazırlıq 1 aya yaxın vaxt aparır. Edrien etiraf edir ki, ən çətini studiyaya sarı cücələri toplamaq və qırmızı telefon budkasına gətirmək idi.

Davamı →
Top