Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq, təkcə pudra, boyalarla kifayətlənmirdi.
O, həm də yeni materiallarla eksperiment edirdi. 2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir.
Onun metodları bu gün də geniş istifadə edilir. Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.
«Xaç atası» filmi, Marlon Brando
Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.
Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.