Fotosessiya kateqoriyası üzrə məqalələr

Fabrisio Korneli - işıq və kölgə oyunu

İstedadlı müasir rəssam, italyan sənətçi Fabrisio Kornelinin işlərindəki əsas xüsusiyyəti işıq və kölgə ekperimenti ilə insanların fenomenal siluetin yaratmaqdır.

Fabrisio Kornelinin işləri sərgilərdə, Brüssel, Roma, Berlin, Paris və digər şəhərlərdə binaların fasadlarında görülə bilər. Gecələr (qaranlıqda) və ya buludlu günlərdə bu əsərlər anlaşılmaz və biçimsiz metal obyektlərdən başqa bir şey deyil. Şəklin yaranması, «doğması» üçün onlara mütləq işıq düşməlidir.

Rəssam yaratdığı əsərdə riyazi dəqidliklə işığın istiqamətini, kölgənin necə düşüb, deformasiya olduğunu hesabladıqdan sonra hazırladığı metal, kağız və plastik konstruksiyaları platforma yerləşdirir.
Davamı →

Avtomobillərdə ən qeyri-adi təkər diskləri

Təkər diskləri – hər bir maşın çox mühüm bir hissəsidir. Ən görkəmsiz maşını belə, bəzəkli diskləri ilə görkəmli etmək olar.
Davamı →

Xəz oyuncaqlar

Təbiəti sevənlər və təbii ehtiyatların səmərəli istifadəsinin tərəfdarları arasında “upcycling” anlayışı mövcuddur ki, bu istismar müddətini tamamlayan əşyaların yenidən lakin başqa bir formada istifadəyə qayıtmasıdır. Dünyda ildən-ilə xəz əleyhinə insanların maariflənməsi, heyvanlara qarşı zorakılığın azaldılması məqsədi güdür. Bu ideyadan ilhamlanan Hollandiyalı dizayner Lisa Louwers lazımsız və köhnəlmiş kürkləri gözəl yumşaq oyuncaqlara çevirir. Rəssam hesab edir ki, bu cür əl işlərilə o heyvanlara hörmət hissini bildirir.
Davamı →

Yaponların hazırladıqları qeyri-adi çətirlər

Yağışlı havalarda yanımızdan ayırmadığımız çətirlər lazımlı əşyalarımızdan biridir. Yapon mütəxəssislərinin hazırladığı, bu günə qədər görmədiyiniz və özünüzün sahib olmaq istədiyiniz maraqlı və qeyri-adi çətirlərə baxmaq belə zövq vericidir, nəinki sahib olmaq.

Davamı →

Kulinariya incəsənətə çevriləndə

Stilist Anna Keville Coys kulinariyanı incəsənətə çevirərək maraqlı dizaynları ilə dünyaya səs saldı.

Stilist öz yaradıcı düşüncələrini əks etdirərək hazırladığı əyləncəli kompozisiyalarında müxtəlif ölkələrin rəmzlərini əks etdirərək həm incəsənətə, həm də yeməyə yaradıcı dizaynları ilə yenidən fərqlilik yarada bildi. Orijinallığı ilə diqqət çəkən kadrlar görüntüsü ilə də iştah açır.
Davamı →

Suyun altında yoqa

İnsanın fiziki və ruhi dincliyini təmin edən yoqa dünyada ən geniş yayılan təlimlərdən biridir. Son dövrlər isə istər məşhurlar, istərsə də adi insanlar arasında yoqanı həyat tərzinə çevirənlərin sayı gündən-günə çoxalır.

Rusiyalı fotoqraf Elena Kalis isə yoqanı fərqli formada insanlara təqdim etməyin yeni üsulunu kəşf edib. O, isveçrəli yoqa təlimçisi Britta Jadeni suyun altında yoqa edərkən fotoaparatın yaddaşına həkk edib.

Qeyd edək ki, Elena Kalis foto-layihələrini əsasən suyun altında həyata keçirir.
Davamı →

Antiklik və müasirliyin vəhdəti

Sezann, Van Qoq, Mane, Munk və Vermeyerin əsərlərindəki obrazlar XXI əsrin texnologiyalarından istifadə etsəydi, nə baş verərdi?

Koreyalı illustrator və qrafik dizayner Kim Dong-Kyu “ArtxSmart” layihəsi ilə internet ulduzuna çevrilib. Onun əfsanəvi rəssamların şah əsərlərinə olan müasir yanaşması böyük maraqla qarşılanıb. Müəllifin fikrincə, əgər sözügedən dahilər XXI əsrdə yaşasaydılar, əsərlərini şübhəsiz ki, məhz belə təsvir edərdilər. Axı, bu gün smartfonlar cəmiyyətin ayrılmaz hissəsidir.
Davamı →

İşsizliyin insana nələr etdiyini göstərən 8 rəsm :)

Tom və Jerry sevməyən var mı? Var! Mən. Jerry sevənlərdənəm mən, Tom və Jerry deyil.  Menim kimi Jerry sevgisi ağır basan bir dost baxın nələr etmiş...

1.
Davamı →

Müharibədə sevgi

Müharibəyə getməyə hazırlaşan əsgər və sevgilisi; New York, 1943.
Davamı →
Top