internet aləmi kateqoriyası üzrə məqalələr

“Nar” 2019-ci il ilk 6 ayın nəticələrini açıqladı

Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub.
Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxtla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96% artıb. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı isə 17% çoxalıb.
Davamı →

“Nar+” ilə hesabınızı daha asan idarə edin!

Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədaf qoyan “Nar”, yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edib).
“Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.
Yeni tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.
Davamı →

Qloballaşma dövründə kiberterrorçuluq təzahürlərinin dövlət təhlükəsizliyi üçün yaratdığı təhdidlər

Son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) elə bir sürətlə inkişaf edir ki, onun sonrakı fəsadlarının əvvəlcədən dəqiq müəyyən edilməsi çox zaman mümkün olmur və sonradan yaranan neqativ vəziyyətin aradan qaldırılmasına yetərincə vəsait, zaman və bilik sərf etmək lazım gəlir. Əsasən də, İnternet qlobal şəbəkəsində tətbiq edilən yeni texnologiyalar, layihələr və müxtəlif proqramlar ilk baxışdan faydalı və zərərsiz görünsə də, təcrübə göstərir ki, bir çox hallarda onların yaratdığı problemlərin qarşısını tam almaq mümkün olmur.
Kompüter şəbəkələrinin genişlənməsi kibermünaqişələrdə şəbəkə texnologiyalarının imkanlarından daha geniş istifadə etməyə, şəbəkə istifadəçilərinin fəaliyyətlərində koordinasiyanın, əhatəliliyin və mürəkkəbliyin artmasına şərait yaradır. Bu isə kibermünaqişələrin çoxalmasına, onların daha təcrübəli və müasir İKT vasitələri ilə təmin olunmuş istifadəçilər tərəfindən aparılmasına səbəb olur.
Davamı →

İtan Zukerman - internetin ilkin günahı

Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi "İnternetin ilkin günahı" başlığı altında «The Atlantic» nəşrində dərc edilib.  

«ICTnews» elektron xəbər xidməti «hitech.vesti.ru» saytına istinadən bildirir ki, 20 il bundan əvvəl Zukerman «Tripod» şirkətində işləyib. Bu şirkət istifadəçi səhifələrinin təhlili ilə məşğul olaraq hədəflənmiş reklam sahəsində pioner olub. Bu fəaliyyət nəticəsində bu günədək istifadəçilərin narahatçılığına səbəb olan reklam pəncərələri yaradılıb.   «Bu, reklamın bilavasitə səhifədə yerləşdirmədən reklam xəbərinin tərkibini istifadəçi səhifəsi ilə əlaqələndirmək üsulu idi. Çünki reklam brendi və səhifənin məzmunu arasında arzuolunmaz uyğunluq elan verənləri narahat edirdi. Mən ayrıca pəncərənin işə salınması və ora reklam bannerinin yüklənməsi üçün kod yazdım. Mən üzr istəyirəm. Bizim niyyətimiz xeyirxah olub», – Zukerman yazıb.  

 İki həftə sonra rəqib «Geocities» saytı Zukermanın proqram kodundan istifadə edərək üzə çıxan pəncərə kodunu kopyalayıb. İndiyədək mövcud olan reklam biznes modeli beləcə yaranıb.

mənbə: 365.Az

Davamı →

Əsrin xəstəliyindən əziyyət çəkirsiniz?

Texnologiyanın inkişafı ilə bağlı demək olar ki, hər evdə internetdən istifadə olunur. Günün əsas hissəsini kompüter önündə keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar. Bəlkə, siz də eləsiniz? Komputer sizi də özündən asılı hala salıb?

İnternet xəstəsi olduğunuzu sübutlayan 12 hərəkətiniz

1. Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...

2. Komputerinə kimsənin toxunmasını istəmirsənsə...

3. Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...

4. Hər şeyi internetdə axtarırsansa...

5. Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...

6. Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...

7. İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə…

Davamı →

Sosial şəbəkələrdə populyarlaşan "Selfie” janrı

Son zamanlar “selfie” kimi tanıdığımız fotolar sosial şəbəkələrdə dəb halını alıb. “Selfie” sözünün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan “Selfie” fotolar daha çox “Instagram”, “Facebook”, “Twitter” ,“Google+”, “Linkedin”, “Foursquare”, “Picassa” və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur.

Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli “selfie” stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan “selfie”lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi “selfie”si və həmin şəkilin sosial şəbəkədə paylaşması olub.

Əksər dillərdə elə “selfie” kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb kökənli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi. Ancaq bununla bağlı Türk Dil Qurumu öz rəsmi facebook səhifəsində “selfie” sözünün tərcüməsi üçün insanlardan təkliflər gözlədilər. Təkliflər arasında e-hatırat, otofoto, kendintoplu, otoportre, kendimo və s. sözlər var idi. Bəziləri isə bu sözünü elə “selfie” sözü kimi qalmasını təklif etdi. Bu söz hətta Oxford İngilis Lüğətinin online versiyasına da keçən il salınmışdır.

Davamı →

Dünyaya ən güclü 10 hakerləri

1) Conatan Ceyms
Tutularkən yetkinliyə çatmamış yeganə haker. Ceyms 16 yaşında ABŞ müdafiə nazirliyinin kompüterlərindən birinə arxa qapı (backdoor) proqramı yerləşdirib, NASA-nın komputerlərindən 1,7 milyon dollarlıq proqram təminatı oğurlayıb. 10 il həbs cəzası alsa da, sonradan cəzası 6 aya düşürülüb və azad edilib. Kompüterlərə toxunması qadağan olunub.
2) Tsutomu Şimomura
«Ağ hakerlər» qrupuna daxildir. (Ağ hakerlər — hər cür proqramı, saytı, komputeri, şifrələri qıra bilən, lakin bundan sonra zəiflikləri sahibinə bildirərək, informasiyanın zərərli hakerlər qrupunun, məsələn, «qara hakerlər»in əlinə keçməsinə mane olurlar. «Qara hakerlər» qrupu isə ələ keçirdikləri məlumatları ya oğurlayır, ya da satırlar) Sıralamalarda ondan da öndə olan Kevin Mitniki hak etməsindən sonra məşhurlaşıb. Əslində Şimomura xeyli əvvəl ona qarşı eyni əməli törətmiş Mitnikdən intiqam alıb, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yardımı ilə gerçəkləşdirib. Hər cür telefonu modifikasiya etmək bacarığına sahibdir.

Davamı →

Sosial şəbəkələr sizi daha ağıllı edir

sosial şəbəkələrSizin bu məqaləni oxuduğunuz zaman ərzində dünyanın müxtəlif yerlərində olan təxminən 300.000 insan öz sevimli sosial şəbəkəsində statusunu yeniləyəcək. Bu çox qəribədir. Bundan da qəribə olan isə, bu vaxt ərzində 8 milyona yaxın insanın bu statusları oxumasıdır. Biz 96% ehtimalla güman edirik ki, siz də hansısa sosial şəbəkədən istifadə edirsiniz. O zaman, sizi təbrik etmək olar, çünki bu sizi savadlandırır. Necə? Bu üsullarla:

1. Çox dost – çox ağıl
Beləliklə, nə qədər çox dostunuz varsa, siz o qədər ağıllısınız. Əsasən, sosial şəbəkələrdə çox dostu olan insanların beyin hissələri daha aktiv olur və onların ad və üzü yadda saxlamaq qabiliyyəti daha çox inkişaf edir.

Lakin alimlər hələ də bunun səbəbini dəqiq müəyyən edə bilməyiblər. Onların bəziləri Facebookda dostlarla ünsiyyətin beyin hissəciklərini inkişaf etdirdiyini, digərləri isə beyinlərinin bu hissəcikləri inkişaf etmiş insanların daha çox sosial olduğunu düşünür. Bunun üçün alimlər bir qrup Facebook istifadçisini uzun müddət ərzində izləyərək, onların beyinlərində olan dəyişiklikləri tədqiq edəcəklər.

Davamı →

Facebook vs Twitter

fb, yoxsa twitterDünyada tüğyan edən sosial şəbəkələr arasında ölkəmizdə ən populyarlarının Facebook və Twitter olduğu danılmazdır. Facebook artıq kifayət qədər məhşurlaşsa da Twitter yeni dəbə gəlməyə başlayır.

Əksər insanlar isə Twitter və Facebookun təmamilə eyni, sadəcə dizayn və ad fərqliliyi olduğunu düşünür. Bəs görəsən Twitter və Facebookun nə kimi fərqi var? 

— Fikirlərinizi ifadə edə bilmək üçün Facebookda 420 olduğu halda Twitterdə 140 simvolluq imkanınız var.

— Facebookda tanınmayan bir qadının dostları o, gözəl xanım olduğu üçün çox ola bilər amma Twitter nə gözəllik, nə də yaraşıqlılıq təsir etmir.

— Facebookda fikirlərinizi “qeyd” vasitəsilə uzun-uzadı yaza bilərsiniz amma Twitterdə tam lakonik və intellektual olmalısınız.
Davamı →

İlk kompüter virusu

virus1983-cü ildə Fred Koen adında bir tələbə Kaliforniya Universitetində proqramın yazılışıyla məşğul olurdu. Onun hədəfi proqramı yaratmaq idi, hansı ki, şəbəkələr üzrə parazitlər yayılacaqdı. Bu nailiyyət Fred Koendə çox tez baş tutdu.

  Və 11 noyabr tarixində o öz işinin nəticələrini öz rəhbərinə təqdim etdi.

   Ən birinci kompüter virusu UNİX-in nəzarəti altında VAX 11/750 sistemi idi. Bu sistemə  kompüter dünyasında məşhur olan Leonard Eldman rəhbərlik edirdi. Bu sadəcə olaraq bir nümunə forması idi. Eldman özü hazırda yayılmış kriptosistemin yaradıcısı idi, hansı ki, rəqəmli imzaların şifrləməsi üçün istifadə olunur. Amma sistemin strukturu amerika alimi Con fon Neyman tərəfindən yaradılmışdı.

Davamı →
Top