internet aləmi kateqoriyası üzrə məqalələr

Internetdən video yüklə

Yəqin ki, bir çoxlarımız internetdə gördüyümüz videolardan bəzilərini öz kompüterimizə yükləmək istəmişik. Amma bəzilərimiz bunu necə etməyi bilmirik. Bu yazıda mən internetdən video yükləməyin bir neçə yolu haqda yazacam. Ümidvaram işə yarayacaq və istifadəsi asan olacaq.
Davamı →

Şəbəkə etikası

İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirlər. Virtual ünsiyyət gerçək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar nə sizin üstünlüklərinizi, nə də çatışmazlıqlarınızı bilirlər, heç kəsi sizin ictimai mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimsə öz davranışına görə heç bir cəza alma yacağını bilərək, başqalarını təhqir edə, özündən çıxara, yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də,şəbəkədə iş zamanı ümumi qəbul olunmuş müəyyən qaydalara – ünsiyyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var. Onların bəzilərini nəzərdən keçirək.
Davamı →

Google

Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Stenfordda Tibb məktəbinin iki tələbəsi, Ləri Peyc və Sergey Brin, Quqlı 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.

Tarixi
Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alantələbələri Lari Peyc və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçe dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Peyc və Brin öz saytlarını başlanğıcda «BackRub» adlandırdılar. Lakin sonralar onlar saytın adını quqol sözünə oxşar olaraq Google adlandırdılar.

URL: www.google.com
Kommersiya: Hə
Saytın tipi: Axtarış sistemi
Dil(lər)i: Çoxdillidir (180-dən yuxarı)
Sahibi: Google Inc.
İşin başlanması: 15 sentyabr 1997
Dövriyyəsi: 23.651 mlrd $ (2009)
Davamı →

YouTube

Youtube — dünyanın ən böyük video paylaşma sistemlərindən biri.
15 Fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və oktyabr 2006-cı ildə Google tərəfindən satın alınmışdır.
«Tube» sözü Cathode Rels Tube; Televiziya tüpünden gəlmişdir. «Broadcast Yourself»; Özünü Dəyiş şüarı ilə yola çıxmışdır.

Tarixi
Əvvəllər PayPal'da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanılamaması üzərinə 15 Fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 Aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir.
YouTube 9 Oktyabr 2006 cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır.
Davamı →

[email protected]

"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.
Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir.
"@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq «dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 məhsul @ 5 manat» deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var.
Davamı →

İnternet haqqında

İnternet — bir neçə kompüterler sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.


İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

Davamı →

Domen adları

Domen – İnternet şəbəkəsində domen adlar fəzasının sahəsidir.


Domen ad dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen ad bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.


Məsələn, m.kayzen.az domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli kayzen domeninə, kayzen isə birinci səviyyəli az domeninə aiddir.

Davamı →

Google Translate prikolları

Google tranlate xidmətində ingilis dilindən tərcümə edəndə American pop musician and popular actor Justin Timberlake tərcüməsi Amerika pop musiqiçi və məşhur aktyor Xumar Qədimova kimi alınır.
Davamı →

Google da tərbiyəsiz imiş

Deməli giririk iGoogle,yəni Google saytının daha interaktiv versiyasına. Sonra arxa fonu dəyişmək istəyirik. Deyirik yaxşı şəkil qoyaq.Orada Выберите тему для своей страницы bölməsində yaxşı tema axtarırıq. Axtarış bölməsində Granny yazırıq.Temanı əlavə edirik.

Davamı →

İctimai nişanlama (əlfəcinləmə) nədir?

Ssenari


Bu günlərdə Anar bir çox işini Veb üzərinden görür. Xəbər oxuyur, işi ilə əlaqəli olaraq axtarış aparır. Anar bir neçe yerdən məlumat almaqdadır: e-məktub vasitəsiylə peşəkar təşkilatlardan və kolleqalardan məlumat bülletenləri, bir çox RSS nəşrlər və axtarış motorlarından istifadə edərək hal hazırda və ya gələcəkdə lazım olacaq vəsait və məlumat tapmağa çalışır.


Əldə etdiyi məlumatı şəxsi Veb bələdçinin əlfəcin və ya nişanlama xassəsini istifadə edərək nizama salma metodu artıq səmərəsiz olmaqdadır. Belə ki, əgər məlumat bir neçə kateqoriyaya aid isə, bir neçə qovluğa qeyd etmək lazım olur.

Davamı →
Top