“Google” kimi nəhəng şirkətin bir parçası olmaq milyonlarla insanın arzusudur, ancaq burada işləmək üçün 5 ali təhsil, böyük təcrübə kifayət deyil. Qeyri-standard düşüncə tərziniz, məntiqiniz və 6-cı hissiniz güclü olmalıdır.
1. Saatın saat və dəqiqə əqrəbləri 1 gün ərzində neçə dəfə kəsişir?
2. Tennis topunun səthi niyə ipək deyil?
3. Bir ölkədə insanlar ancaq oğlan övladlarının olmasını istəyir. Hər bir ailə oğul övladına sahib olana qədər dünyaya övlad gətirir. Əgər ailədə qız övladı doğularsa, valideynlər yenidən uşaq sahibi olmağa çalışır. Belə bir ölkədə oğlanların və qızların nisbəti nə qədər olacaq?
4. Gecə saatlarında 4 nəfər evinə getmək üçün asılma körpüdən keçməlidir, ancaq onların cəmi 1 fonarı var. Həmin fonarın enerjisi isə 17 dəqiqə sonra bitəcəkdir.