Yanvar ayı üçün astroloji proqnozQoç Yeni ilin ilk ayı sizə çoxlu yeni görüşlər və yeni təəssüratlar gətirəcək. İş həyatınız kifayət qədər dolu olacaq, amma bu o demək deyil ki, istirahət barədə unutmamalısınız. Əksinə, imkan düşdükcə əylənməlisiniz. Kinoya və teatra gediş həmkar və dostlarınızla əla vaxt keçirməyinizə səbəb olacaq.
Buğa 2011-ci ilin ilk ayı sizin üçün şən və sevgidolu keçəcək. Amma iş barəsində də unutmaq olmaz. Əgər tənbəllik etmədən çalışsanız ayın sonunda mükafat alacaq və ya tərifə layiq görüləcəksiniz. İstirahət etmək imkanı ayın ikinci yarısında yaranacaq. Ayın əvvəli iş yerində çox maraqlı olacaq.
Əkizlər
Sizə bu ay istənilən fiziki yüklənmədən uzaq durmaq məsləhətdir. Ən yaxşısı bir az işə ara vermək və istirahət etməkdir. Əks halda sağlığınızla bağlı ciddi problemlər yarana bilər. Maddi problemlərinizin olması gözlənilmir, baxmayaraq ki, işinizdə bir az sakitlikdir.
Xərçəng
Adətən sizə xas olan sakit və müntəzəm həyat tərziniz yeni ilin ilk ayında ciddi sınaqlara məruz qalacaq. Belə ki, qızğın surətdə inkişaf edən romantik münasibətlər sakitliyinizi pozacaq. Belə olan halda fikrinizi işdə cəmləşdirmək çətin olacaq. Yalnız bu yolla ciddi maddi sıxıntılardan qurtula bilərsiniz.
Şir
Dovşan ilinin ilk ayında peşəkar qayğılar sizi rahat buraxmayacaq. Amma işdə hökm sürən çətinliklər və xoşa gəlməyən hallara görə üzülməyə dəyməz. Bilin ki, evdə hər zaman sizi yaxınlarınızın sevgisi və istiliyi gözləyəcək. Sevgi sahəsində hər şey dəyişilməz qalacaq.
Qız
2011-ci ilin yanvar ayı sizin üçün peşəkar fəaliyyət və şəxsi həyatınız arasında tam ahəngdarlıq içində keçəcək. Bürcünüzə xas xüsusiyyətlərdən biri insanlara təsir etmə bacarığınızdır. Bu ay həmin bacarığınızdan istədiyiniz qədər istifadə edə bilərsiniz.
Tərəzi
Yanvarda peşəkar və şəxsi həyatınız sizə əla əhval-ruhiyyə verəcək. Sizi yeni hisslər və unudulmaz təəssüratlar gözləyir. Bütün ay ərzində hər tərəfdən diqqətlə əhatə olunacaqsınız. Dostlarınızın dəstəyinə həmişə arxalana bilərsiniz.
Əqrəb
Yeni il ərəfəsində getdiyiniz qonaqlıqlar sizə çoxlu yeni tanışlıqlar qazandıracaq. Uğurlu tanışlıqlar karyeranıza da müsbət təsir göstərəcək. Şəxsi həyatınızda problemlər gözlənilir, həmçinin sağlığınızla bağlı narahatlıqlar yaranacaq. Amma bunlar ötəri problemlərdir.
Oxatan
Oxatanlar bu ay karyerada inanılmaz uğurlar əldə edəcəklər. Axır ki, müdiriyyət sizi layiqincə qiymətləndirəcək. Odur ki, məvacibinizin artırılması məsələsini rahat qaldıra bilərsiniz. Çox güman ki, nəticə müsbət olacaq. Amma nəzərə alın ki, bundan sonra daha gərgin işləməlisiniz.
Oğlaq
Oğlaqlarda sevgi sahəsində hər şey dəyişilməz qalacaq, odur ki, çoxdan başlı-başına buraxdığınız işinizə vaxt ayıra bilərsiniz. Bu ay digər vaxtlarla müqayisədə özünüzü daha yaxşı reallaşdıracaqsınız. Nəyi istədiyinizi aydın müəyyən edəcəksiniz. Bundan sonra hərəkətə keçmək asandır.
Dolça
Dolçaları bu ay ailə münaqişələri gözləyir. Hər şeyi normasına salmaq üçün xeyli əmək sərf etməlisiniz. Ən əsası isə əsəblərinizi cilovlamağınızdır. Sonradan peşman olacağınız hərəkəti etməyin, sözlərinizə də diqqət yetirin. İşdə hər şeyin sakit və dəyişilməz olması faktı sizi məmnun edəcək.
Balıqlar
Bu ay sizin üçün elə sürətli keçəcək ki, işlərinizi çatdırmaq üçün cəld hərəkət etməlisiniz. Yaxşısı budur bütün şəxsi və işgüzar məsələlərinizi əvvəlcədən planlaşdırasınız, yoxsa avral (təcili, növbədənkənar iş) qaçılmaz olacaq.