“Minimalistlik və sadəlik” – bu Armani moda evinin əsas fikri, konsepsiyasıdır.
Məşhur modelyer-dizaynerlərdən biri də Corcio Armanidir. 1934-cü ildə iyulun 11-ci günündə Milandan çox kənarda olmayan provinsial bir şəhərcikdə - Pyaçensada anadan olan Armani heç də modelyer olmaq fikrində deyilmiş. Onun həkim olmaq kimi bir istəyi var idi və o bunun üçün də səy göstərirdi, belə ki, o xüsusi ədəbiyyat oxuyur, eləcə də Boloni Universiteti ilə bərabər tibbi məktəbində də təhsil alırdı. Bir çox mənbəələrdə də deyilir ki, guya valideynləri istəyirlərmiş ki, o, həkim olsun. Amma, o bu yolda çox səy göstərsə də, bir vaxtlar buna çox həvəs etsə də, təhsildən 2 il keçdikdən sonra o başa düşür ki, bütün ömrü boyu xəstəliklərlə mübarizə aparmaq , ancaq bu işlə məşğul olmaq onluq deyil.
Armani hərbi vəzifəsini başa vurduqdan başlayır iş axtarmağa. Təbii ki, o elə iş axtarırı ki, orda həkimliyə aid heç nə olmasın. O vaxtlarda Armani fotoqrafiyaya da çox maraq göstərirdi və hətta, bu sahədə də az-çox biliyi var imiş. Belə ki, onun bu sahəyə marağının və bacarığının olması ona Milanda La Rinescente mağazasında vitrin işinə baxan biri kimi işlə təmin olunmasına səbəb olur. Burda o öz işində çox həvəslə, dəqiq və diqqətlə çalışır, belə ki, daha sonra onun talantının, enerjisinin şahidi olur və onu merçendayzer vəzifəsinə qaldırırlar. O vaxtlarda isə merçendayzer işi indiki qədər tələb olunan deyildi, bu haqda heç düşünən də olmurdu, amma, Armani öz incə, dəqiq işini nümayiş etdirərək çox şeyə nail olur, belə ki, o mağazanın görüntüsünü, dizaynını elə hala salır ki, bu da malların satışı üçün çox əlverişli olur. Yəni Armani işə əl qoyduqdan sonra, mağaza çəkici, cəlbedici və xoş bir hal alır. Təbii ki, onun bu kimi bacarığı, fərasəti kölgədə qalmır. Tezliklə onu o vaxtın tələblərinə cavab verən məşhur Hitman şirkətinin, kişi geyimləri sahəsində çalışan Nino Cerruti moda evinə dizayner yardımcısı vəzifəsinə dəvət edirlər. Bu şirkətə Armani ömrünün düz 5 ilini sərf etmiş olur. Bu az müddət deyil, əsas da ki, dizaynın oğuşuna atılmış bir şəxs üçün bu sahədə köməkçi kimi işləməyin özü də insana çox şey qazandırır. O da bu beş ildə demək olar ki, dəyəri öllçülməz bir təcrübə qazanmış olur, hansı ki, bu, hamıya olduğu kimi, ona da gələcəkdə çox kömək olur. O paralel olaraq Ungaro və Zegna ilə də əməkdaşlıq edir. İdeyaya, fərsətə, bacarığa və böyük təcrübəyə malik olan Armani artıq özü də başa düşürdü ki, durduğu yer kifayət etmir.artıq aha da genişlənməli, öz əhatəsini artırmalı və yeni-yeni işlərə imza atmaq zamanı gəlib çatıb. Artıq o 1970-ci ildən başlayaraq İtaliyanın bir çox moda evlərində yeni geyim modellərini yaradır. 1975-ci ildə isə partnyoru Sercio Qaleotti ilə birlikdə “pret-a-porter” adlı ilk kişi kolleksiyasını buraxmış olur. Bundan bir il sonra isə qadın geyimləri kolleksiyasını. Bacarıq, talant, fərasət var. Amma, həyat göstərir ki, bütün bacarığını bir işə həsr edib, onu ərsəyə gətirmək üçün o xüsusiyyətlər kifayət etmir, bunun üçün pul da lazımdır, belə ki, yuxarıda qeyd elədiyim kolleksiyaları maliyyələşdirmək üçün Armani özünün Volswagen maşının satmalı olur. Amma, o vaxt o heç bilmirdi ki, bu gün bu işlər üçün maşınını qurban vermək məcburiyyətində qalıb, satmaqla o, milyardlara dəyəcək bir imperiyanın təməl daşını atmış olur. Ya da bəlkə də o öz-özlüyündə elə bunu də hədəfləmişdi. Armaninin öz tərzi, öz stili var. O hər zaman ən optimal üsullara əl ataraq çalışırdı ki, qadınların istəyinə cavab versin, belə ki, o, eleqantlıq və incəliyi, sadəlik və rahatlıqla birləşdirərək qadınlar üçün gözəl geyimlər hazırlayırdı. O deyir: “Axı sadə qara paltarda belə eleqant görünmək olar, şərt deyil ki, əynivə ekstravaqant bir şey keçirdəsən.” O öz geyimlərində aksesuarlardan, daş-qaşlardan istifadə etməyi üstün tutmur və demək olar ki, istifadə etmirdi, onun geyimləri də elə digərlərindən bununla fərqlənirdi ki, o öz işlərində artıq-urtuq heç bir detala yol vermirdi. Halbuki, qadınlar geyimlərdə olan o detallara, aksesuarlara çox öyrəşmişdilər. Amma, bir şeyin ki, adı modadır, bu yerdə hərə mütləq öz yeniliyini, təzini qatmalı idi. Moda haqqında olan yazımda da dediyim kimi – moda dəyişkəndir. Armani özünün sadəlik və eleqantlıq kriteriyalarına sadiq qalaraq öz işlərində daim yeniliklər edirdi. Amma, onun kolleksiyalarında çəhrayı, qırmızı (gecə geyimləri istisnadır) rəngə rast gəlmək olmaz, çünki, o, daha çox qara, ağ, tünd göy, boz və bej rənglərindən istifadə edirdi. 80-ci illərin əvvəllərindən Armani daha yeni bir xətt çəkərək, filmlər üçün kostyumlar hazırlamağa başlayır və o, bu sahədə də uğur qazanmış olur. O adi insanlardan savayı məşhurların da sevgisini, rəğbətini qazanmış olur, belə ki, Hollivud premyeralarında çox tez-tez qırmızı xalça üzərində tanınmış simaların üzərində Armaninin geyimlərinə rast gəlinirdi. Culia Roberts, Leonardo di Kaprio, Corc Kluni, Rassel Krou, Codi Foster, Robert de Niro, Riçard Gir və başqaları onun Armaninin geyimlərindən geyinərək, onun bu sahədə necə yaxşı modelyer olduğunu bir daha sübut etmiş olurlar. Beləliklə, moda dünyasının daha bir dahisi yaranır və yavaş-yavaş öz imperiyasını genişləndirir. İldən ilə kolleksiyalar sərgilənir. Armani Collezioni, Armani Neve, Giorgio Armani, Armani USA, Emporio Armani, Armani Exchange, Armani Jeans, Armani Junior, Armani Golf kompaniyaları onun geyim, ayaqqabı, aksesuarlar, xırdavatlar, ətirlər, saatlar, gün və optik eynəkləri, kosmetika vasitələri sahəsində yaratdığı uğurlu brendlərindəndir. Bundan əlavə o 1986-cı ildə Notturno telefon modelini də ərsəyə gətirir.Onun da moda sahəsində öz imzası, öz dəsti-xətti olur. O da öz sözünü deyənlərdən biridir. Onun işləri o qədər sevildi ki, nəinki dünya hiti, eləcə də klassikaya çevrilirdi – hər il, hər mövsümün dəbi. Büdcə isə arta-arta gedir. 2001-ci ildə Forbes jurnalı onun kapitalını 1.7 milyard dollarla dəyərləndirərək, onu, ən uğurlu italyan dizayneri adlandırıb. Kişi geyimlərini qadın geyimlərinə əlavə edərək cazibədar, yaraşıqlı və eyni zamanda da ciddi qadın iş kostyumları yaradsn Armani bu gün moda dünyasının ən öndə gedən simalarından sayılır. Büdcəsi milyardları aşan Armani brendi demək olar ki, hər yerdə tanınır və dünyanın 100 yerindən çox ölkəsində uğurla satılırdı. Amma, bu ölkələr sırasında ABŞ xüsusi yer tuturdu, belə ki, Armani Exchange və Giorgio Armani USA xüsusi olaraq ABŞ üçün işlənmişdir. ABŞ Armani Group-unən böyük ixrac bazarı idi. Armaninin işlərinə daha çox ABŞ və xüsusən də Qollivudda çox tələb var idi. İdmançıları geyindirmək kimi bir marağı olan Armanini elə idman sahəsində də tələb olunan olub, belə ki, o, 1994-cü ildə dağ xizək idmanı üçün geyimlər, 1996-cı ildən qış idman geyimləri, Çelsi klubu üçün kostyumlar, britaniyalı idmançılar üçün formalar, qolf üçün geyimlər və s. hazırlamışdı. Həm də, 2006-cı ilin Qış Olimpia Oyunlarında İtaliya turnirində bayraqçıların idman formalarının dizayneri idi. Nəinki geyimlər, o saat, eynək, aksesurlar kimi digər sahələrdə də uğurlu iş ərsəyə gətirib. Bir zamanlar saatlar sadəcə vaxtı bildirmək üçün nəzərdə tutulan bir cihaz idi, indi isə dəbli bir aksesuar. Armaninin saatları hardasa 600-700 dollara satılan saatlar idi. Amma, Armani də şahidi oldu ki, bir çox ölkələr də, əsasən də Çində Armaninin saatlarını elə kopyalayıblar ki, elə bil ki, lap eynisidir. Hətta, bir dəfə o xarici səfərlərin birində maraq üçün Armani adı altında olan kopyalanmış saatı 22 dollara almışdı. O deyir ki, əgər məndən kopyalyırlarsa, demək ki, mən düz iş görürəm. Armani stilində 3 qızıl qayda var: Artıq-urtuq heç nə, eleqantlıq və rahatlıq. Bu qaydalar tək geyimdə yox eləcə də eynəklərdə də (eləcə də digər xırdavatlar) keçərli idi. Armani qrupu ilə Luxottica kompaniyası 1988-ci ildən bir yerdə işləyərək gün və optik eynəkləri də yaradırdılar. Amma, onların bu iş birliyi 2003-cü ildə sona yetmiş olur. Daha sonra onlar Safilo şirkəti ilə işləyirlər. Müasir dizayn, aktiv və gözəl rəng çalarları, linzaların gözəl forması və hər biri öz həddində - çox zövqlü və şık eynəklər. Armani öz kompaniyasının direktoru, prezidenti və yeganə səhmdarıdır. Bütün işlərinin öhdəsindən məharətlə gələn və insanların zövqünü oxşayıb. 13 zavod, dünyanın 39 ölkəsində 300 eksklyuziv mağaza; böyük bir qrup, böyük şirkət, böyük brend sahibi Corcio Armani. O, hətta, Dubayda bir “Giorgio Armani” adlı bir otel də açıb. Bundan əlavə o, Olimpia Milano baketbol komandasının da prezidentidir. Tələblərinə cavab verən modelyer-biznesmen. Bu gün o İtaliyanın ən imkanlı şəxslərindən biridir. Amma, təəssüf ki, bu boyda şöhrət qazanan məşhur modelyerin adı 1996-cı ildə bir çox başqa başqa tanınmış dizaynerlərin adı ilə bir sırada korrupsiyada hallandı və günahlandırıldı. Hər-həlda o yenə də dünya şöhrətli bir modelyerdir. Həmçinin bax; Pierre Cardin
Versace
Dolce və Qabbana
Kristian Dior
Koko Şanel
Gucci