İslam və Ailə tərbiyəsi kateqoriyası üzrə məqalələr

Mənəvi xəstəliklərin mənbəyi - Kin | Rövşən Əhmədov

Bildiyimiz kimi kin, qəzəb, nifrət dinimizdə bəyənilməyən xüsusiyyətlərdən olub, mənəvi xəstəliklərdən sayılır.
İnsanda kin qisas almaq üçün qəlbdə özünə yuva quran bir duyğudur.
İnsan bəzən intiqam ala bilməyəndə onun daxilində yaranan qəzəb gizli düşmənçilik duyğusuna çevrilir. O, kin bəslədiyi insandan intiqam almaq üçün fürsət gözləyir. Yəni kinin başlıca mənbəyi qəzəb və nifrət hissidir.
Müqəddəs kitabımız Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:
Davamı →

Hər kəsə rəhmət | Nizami Əfəndiyev

Uca Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərlərin hamısı fərqli şəriətlə göndərilsə də, ən müqəddəs vəzifələri eyni iman prinsiplərini, xüsusən də təkallahlılıq prinsipini təqdim etmək idi. Bunun üçün müqəddəs mesajların son halqası olan İslamın, müxtəlif sivilizasiya və düşüncə sistemləri ilə münasibəti çox təbii bir haldır. İslam sivilizasiyasının əsas mənbəyi olan Quran və Sünnəyə baxdıqda bu əlaqənin nə qədər inkişaf etdiyini başa düşmək çətin deyil. Bütün insanlara hidayət rəhbəri olaraq göndərilən Hz. Muhammədin  qeyri-müsəlmanlarla əlaqələrində “əhli-kitab” dediyimiz yəhudi və xristianlarla münasibəti olduqca diqqətəlayiqdir.
Davamı →

Məsud qız atası | Dr. Rüfət Şirinov

“Bir oğlana təhsil verməklə bir insan,bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanarsınız.(H.Z.Tağıyev)
Son dövrlərdə üzülərək qarşılaşdığım mənzərələrdən biri də, qız övladı olan atalara, hərdən də analara ətrafındakı insanların təskinlik verməyə çalışmasıdır. Mahiyyətləri fərqli olsa da, bu mənə Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdəki cahiliyyə ərəblərinin qız övladlarından imtina etməsi və onları diri-diri torpağa basdırmasını xatırladır. Üzüntüm, o dövrdə torpağa basdıraraq qız övladından qurtulmağın yerini günümüzdə hələ doğulmadan qız olduğu üçün abort edərək qurtulmaq düşüncəsinin aldığını görməklə pik həddə çatır.
Davamı →

Cənnət Qapisidir Ailə | Dr. İbrahim BAZ

Allahın nizamı olan ailə və evlilik müəssisəsi bəşəriyyətin ortaq adətidir. Ailə insanın ən fitri ehtiyacı və varlığını sürdürə bilmə yeridir. Ailə ilahi bir qanun olaraq insanın daxilinə və müqəddəs kitablara qoyulmuşdur.
Dünyanın bütün zaman və məkanlarında üsulları fərqli olmaqla birlikdə dünyanın kiçik modeli olan insanın bir ailə içərisində varlığını sürdürdüyünü görürük. Bütün insanlar ailə deyilən yuvada açarlar gözlərini dünyaya. Ailə insanın ilk sevgi yuvası, mədəniyyət ocağı, qəlbinə və zehninə təməl daşlarının qoyulduğu ibtidai məktəbdir. Ata ilə ana da ilk müəllimlərdir.
Davamı →

Aqil Əliyev | Ailədə uşaqlar arası əlaqələr

Sevgi, hörmət, məsuliyyət, yardımlaşma və fədakarlığın yaşandığı ailə mühitində tərbiyə alan uşaqların doğumla başlayan və ömürlərinin sonuna qədər davam edən qardaşlıq əlaqələrinin sağlam təməllər üzərində qurula bilməsi ata-anaların diqqətlə üzərində durması lazım olan bir xüsusdur.
Uşaqlar ailədə böyüyərkən bəzən fərqli cinsiyyət, yaş və xüsusiyyətlərdə olduqları üçün bir sıra problemlər yaşayarlar. Kiçik yaşlardan etibarən uşaqlar arasındakı mübahisələr bir çox analara mənfi təsir edər və onları çətin vəziyyətə salar.
Davamı →

Valideyn modeli

İnsanoğlu böyük bir məqsəd üçün yaradılmışdır. Aləmlərin Rəbbi, yer üzündə xəlifəm dediyi insana lazımlı bütün təchizatları vermişdir. İslamın fitrət dediyi bu təchizat mexanizmi fərqli şəkillərdə işləyir. İnsan hələ ana bətnində ikən anasının bioloji və psixoloji hallarından təsirlənər və xarici dünyadan beləcə xəbərdar olmağa başlayar. Beləcə şüuraltı adı verilən sistem də avtomatik olaraq dövrəyə girmiş olar.

Əbu Hüreyrədən (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Hər doğulan uşaq yaradılış üzrə doğular. Sonra ana-atası onu yəhudi, xristian və ya atəşpərəst edər” (Buxari).

Bu hədisi-şərif doğulan hər insanın öyrədilməyə hazır olduğunu göstərir.
Yaradılış və genlərlə keçən xüsusiyyətlər sayəsində uşaq, valideynlərin əlində formalaşmağı gözləyən yumşaq bir xəmir kimidir. Onu formalaşdırmaq, yəni yetişdirmək, öyrətmək, başda ana-atanın məsuliyyətindədir.
Davamı →

Oğul xəyanətini bağışlayan ana ürəyi

Şahin bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi...
Zeynab xalanın həyat yoldaşı dünyasını dəyişəndə ailənin tək övladı Şahinin 15 yaşı vardı. Həmin gündən o, oğluna həm analıq, həm də atalıq etmişdi. Müxtəlif geyim əşyaları toxuyaraq onları satır və bununla da çörək pulu qazanırdı.
Şahin orta məktəbi “əla“ qiymətlərlə qurtarmışdı. İmkansızlıqdan təhsilini davam etdirə bilməmişdi. Amma əlindən hər iş gəlirdi…
Davamı →

Anaya qulluq haqda əxlaqi hekayə

Deməli, bir gün bir oğul anasını restorana gətirmişdi. Ana yaşlı idi, əlləri əsdiyindən yeməyini paltarına və süfrəyə dağıdırdı. Restorandakı bəzi müştərilər bunu narazılıqla qarşılayırdılar. Amma oğul sakitliyini pozmur və anasına qulluq edirdi. Yemək bitdikdən sonra o anasını əl-üz yuyulan yerə aparıb onun əllərini yudu, saçlarını darayıb, üst-başını qaydaya saldı, eynəyini düzəltdi.
Bu zaman bütün restoran onlara tamaşa edirdi.
Oğlan hesabı ödəyib anası ilə çıxışa tərəf yönəldi. Bu zaman yaşlı bir kişi onun arxasınca çağırdı :
— Sizə elə gəlmirmi ki, burda bir şey qoyub getdiniz ?
— Xeyr, heç nə qoymamışam.
— Yanılırsınız, siz burda hər bir oğula dərs, hər bir anaya isə ümid qoyub gedirsiniz!
Davamı →

Həyatdan küskünlər...

Dünyada ən yaxşı şey uşaq olmaqdır. Bütün çirkinliklərdən uzaq olmaq, bir sözlə, günahsız olmaqdır. Lakin indi sosial qayğıya ehtiyacı olan təbəqə arasında uşaqlar da xüsusi yer tutur. Çünki birdən elə yaş dövrü yaxınlaşır və o günahsız uşaq o qədər təcavüzlərə məruz qalır ki, artıq özü də təcavüz etməyə başlayır. Bütün bunlarsa ilk başda ailədən qaynaqlanır. Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir çox uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar. Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Məlumdur ki, zəmanəmizdə uşaq alverinə daha çox rast gəlinir. Qeyd edək ki, uşaqlara diqqət və qayğının daha da artırılması onların cəmiyyətə yararlı bir övlad kimi yetişdirməyin lazım və vacib olduğunu diqqət mərkəzinə çatdırmaq üçün bu sahədə fəaliyyət göstərən təşkilatlar lazımi işləri görür.
Davamı →

Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi

İslam insanların yaddaşına uyğun olaraq göndərilən bir dindir. Qurana və Həzrəti Peyğəmbərin hədislərinə nəzər salsaq, bu uyğunluğu aydın şəkildə görə bilərik. Uyğunsuzluq kimi qələmə verilənlər isə sonradan din adına ortaya atılan mövhumat və xurafatlardır ki, bunların da İslamla heç bir aidiyyatı yoxdur. Bu gün əfsuslar olsun ki, İslama məxsus olmayan məsələlərdən biri də azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsidir. Bəzi valideynlər müxtəlif məqsədlərlə, xüsusilə də kiçik qız uşaqlarını ərə verərkən buna dindən və adət-ənənələrdən bəhanə axtarıb taparaq özlərinə bəraət qazandırırdılar. Bəs, bu bəhanələr nədən ibarətdir? İslamın bu məsələyə münasibəti necədir?
Davamı →
Top