yaranmış əlaqlərin kamilləşməsi ilə, başqa sözlə desək, bu əlaqənin ilahiləşməsi ilə tə’min olunur. Buna görə də bir müsəlman kimi üzərimizə düşən dini vəzifələrin bir qismi cəmiyyətlə bağlı olduğu halda formalaşır. Bu vəzifələri dərk edib onlara layiqincə əməl etmək həm Allahın razılığına, həm də bizim dünya və axirət xoşbəxtliyimizə səbəb olur. Əgər bu vəzifələrin nədən ibarət olduğunu bilmək istəsək, ilk növbədə başqalarının üzərimizdə hansı hüquqlara malik olduqlarını bilməliyik.Övrətin saleh olmasına çalışmaq
Əgər övrət saleh bəndədirsə, bu necə də xoşbəxtlikdir və Allahın bəxş etdiyi bir nemətdir. Bu keyfiyyət olmadığı halda övrətinin islah edilməsinə çalışmaq ailə başçısının üzərinə düşən vacibatlardandır. Övrətin saleh bəndələrdən olmaması ilə adətən aşağıdakı hallarda rastlaşılır: