Nigaranaçılıqların növləri müxtəlif olur.
Onların bəzisi təbiidir və bəzisi isə sonradan insan ruhuna daxil olmuş nigarançılıqlardır ki, onların kökünü kəsmək lazımdır.
Nigarançılıq – ruhun tarazlıq vəziyyətində olmamasıdır.
Ruh niyə tarazlıqdan çıxır? Buna səbəb çoxdur. Gündəlik mövzuların içində itib-batmaq, ali hədəfi itirmək, maddi mövzuların narahatlığı, məişət məsələlərinin təzyiqi, iş prosesində meydana gələn əsəbilik və s.
Bütün bunlardan qurtarmaq üçün, insan öz “Mən”inə qayıtmalı, hədəfini yada salmalıdır. Xatırlamalıdır ki, bu dünyaya nə üçün gəlib?