O, Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci Dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi.
Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı.
Ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox da varlı deyillər. Ona görə istər rus çarları, istərsə də sovet çarlarının əmrilə tarixçi və publisistlər daim öz qələmlərilə bu boşluğu doldurmağa çalışırdılar. Və əgər XIX əsr çürük Osmanlı imperiyası olmasaydı, ümumiyyətlə Rusiya min il ərzində hər hansı bir döyüşdə qalib gələn sərkərdə nə olduğunu bilməyəcəkdilər. Ona görə bu xalq daim yalançı qəhrəmanlar və sərkərdələr düzəltməyi öz ideoloqlarına və sənətkarlarının qabağına tələb kimi qoyurdu.
Rusların tək-tük həqiqi döyüş komandanlarından biri də türk mənşəli Suvorovdur. Damarlarında türk qanı axan bu sərkərdə kiçik hərbçi ailəsində anadan olmuş, 17 yaşlarında Semyonovsk alayında fəaliyyətə başlamışdır. 1749-cu ildə podporuçik, iki il sonra serjant olur.
1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.
Yoxsullaşmış zadəgan ailəsində anadan olmuş Sulla gəncliyində kef və əyləncəyə qurşanmışdı. Sonralar qohumlarının dövləti ilə varlanması nəticəsində konsul Marinin yanında kvestor olmuşdur. Mari ilə birlikdə Afrikaya Yuqurta üzərinə getmiş, döyüşlərdə cəsurluğu və təşəbbüskarlığı ilə diqqəti cəlb etmişdir. Addımbaşı kvestor patrisiyə paxıllıq edən plebey Mari öz ikinci konsulluğunda leqat, üçüncüsündə isə hərbi tribun idi. Sulla hələ leqat ola-ola tektosaqların başçısı Kupillanı tutub əsir gətirmiş, hərbi tribun olanda isə farsları Romanın müttəfiqinə çevirmişdi. Mari paxıllığından artıq bu gənc, mavigöz cavana heç bir iş tapşırmırdı.
Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir.
Bir sərkərdə kimi isə o, dühasını çox gec — 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı.
Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.
Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini(e.ə.16-21) idi. O dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı.
Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.
Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.