böyük hərbi xadimlər kateqoriyası üzrə məqalələr

Şah Ağa Məhəmməd Qacar

Kərim xan Zənd haqqında fransız tarixçisi Pikalt iki cildlik «İran inqilabları haqqında» fundamental əsərində geniş məlumat verir. O, eyni zamanda Nadir şahın qətlindən sonra İranda hakimiyyət uğrunda gedən qırğınlardan, alçaq zorakılıq və zülmlərdən geniş bəhs edir.
Səfəvi xanədanının bütün tərəfdarları II Təhmasibqulunun qohumu Əliqulu xanı şah seçdilər. O da taxt-tacı qəbul edib özünə «Adil» ləqəbini götürdü. Bu üzdəniraq Adil şah neyləsə yaxşıdır? Həmlə ilə Kəlat qələsini alıb Təhmasibqulunun iki böyük oğlunu qətlə yetirdi, qalanlarını da qolu zəncirli hüzuruna gətirtdi. Sonra isə keçmiş şahın oğlanlarının arvadlarının qarınlarındakı uşaqların da məhv edilməsi əmrini verdi ki, gələcəkdə onun heç bir rəqibi qalmasın. Bununla kifayətlənməyib qalan oğlanları da zəhərləyib öldürtdürdü.
Davamı →

Topal Teymur

O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. "Əmir Teymur", «Teymurləng», «Sultan Teymur», «Topal Teymur» adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var.
Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrıdağdır» deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun "Əyriçay" olduğunu öyrənir. Teymur bir müddət sonra — «bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir».
Davamı →

"Ağ Qartal"ın sahibi - Hüseyn xan Naxçıvanski

Tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının ali hərbi ordenləri ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli orden və medalları ilə təltif olunmuşdur. Hüseyn xan Rusiya ordusunda və imperator sarayında yüksək nüfuz sahibi olmuş yeganə Azərbaycan türküdür.
Hüseyn xan Naxçıvanski oğuz türklərinə məxsus qədim Kəngərli nəslindəndir. Onun ulu əcdadları öz hünərləri ilə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışlar. O, 28 iyul 1863-cü ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan I Ehsan xan oğlu Kəngərlinin — Naxçıvanskinin ailəsində dünyaya gəlmişdir.
II Kalbalı xan Naxçıvanskinin 8 övladı olub. Adları Zeynəbbəyim, Bədirnisəbəyim, II Ehsan xan, Cəfərqulu xan, Rəhim xan, Şahcahanbəyim, Hüseyn xan və Zərintacbəyimdir. Anası Xurşid xanım İrəvanda yaşayan, Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin qızıdır.
Qeyd edək ki, Hüseyn xan Naxçıvan şəhərindəki Xan Sarayında doğulmuş, ilk təhsilini burada almış, 1873-cü ildə atası onu Peterburqa, saray məktəbində — Paj korpusunda oxumağa göndərmişdir. On ildən sonra məktəbi əla qiymətlərlə bitirən Hüseyn xan saray qvardiyasının (leyb qvardiya) süvari polkuna kornet (kiçik zabit) təyin olunur. Saray qvardiyası imperatorun təhlükəsizliyini təmin edirdi.  

Davamı →

Böyük Pyotr

Pyot­run ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du
I PyotrRu­si­ya­nı əzə­mət­li döv­lə­tə çe­vi­rən ilk rus im­pe­ra­to­ru 1-ci Pyotr 1672-ci il iyu­nun 9-da Moskva­da ana­dan ol­muş­dur. Ro­ma­nov­lar sü­la­lə­si­nin da­vam­çı­sı olan 1-ci Pyot­run ana­sı Na­tal­ya Ki­ri­lov­na Na­rış­ki­na çar Alek­sandr Mi­xay­lo­vi­çin ikin­ci ar­va­dı idi. Pyot­ra ev mü­əl­lim­lə­ri və tər­bi­yə­çi­lər sa­vad ver­sə­lər də, o, öm­rü­nün axı­rı­na ki­mi sa­vad­lı yaz­ma­ğı öy­rən­mə­di, ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du. Pyot­run əsas tər­bi­yə­çi­si Ni­ki­ta Zo­tov öm­rü­nün axı­rı­na ki­mi onun dos­tu ol­du. Spirtli iç­ki­yə də gənc ça­rı Zo­tov öy­rət­di və öm­rü­nün axı­rı­na ki­mi çar bu­nun əziy­yə­ti­ni çək­di.
Pyotr uşaq­lıq­da hər­bi iş­lə­rə, gə­mi­çi­li­yə meyl gös­tə­rir, göl­də və çay­da üzən ki­çik gə­mi­lər dü­zəl­dir­di.

1682-ci il­dən Pyotr for­mal ola­raq Ru­si­ya­nın ça­rı elan edil­di. Am­ma onun tax­ta çıx­ma­sı ba­cı­sı ça­ri­ça Sof­ya və bo­yar Mi­los­lavski tə­rə­fin­dən ha­zır­lan­mış qi­yam­la qar­şı­lan­dı. Nə­ti­cə­də tax­ta Pyotrla bir­lik­də çar Alek­se­yin Ma­ri­ya İva­nov­na Mi­los­lavski ilə bi­rin­ci ni­gah­dan olan oğ­lu, Pyot­run bö­yük qar­da­şı 5-ci İvan da də­vət edil­di. Ağıl­dan zə­if olan İva­na Sof­ya qəy­yam­luq edir­di. İvan 1689-cu il­də və­fat edə­nə qə­dər ha­ki­miy­yət­də ol­du. Onun və­fa­tın­dan son­ra Sof­ya taxtdan uzaq­laş­dı­rıl­dı və Pyotr çar ol­du. Hə­min il onu ka­sıb bo­yar nəs­lin­dən olan Yev­do­ki­ya Lo­pu­xi­na ilə ev­lən­dir­di­lər. Ev­lə­nə­nə qə­dər Pyot­run çox­lu say­dı mə­şu­qə­lə­ri var­dı. Bu ni­gah­dan on­la­rın Alek­sey ad­lı oğul­la­rı ol­du. Am­ma bu da Pyotrda ilk hə­yat yol­da­şı­na qar­şı sev­gi oyat­ma­dı.

Davamı →

Fateh Sultan Mehmed (II Mehmed)

II MehmedFateh Sultan Mehmed (II Mehmed) yeddinci Osmanlı padşahıdır.
İstanbulu fəth etdikdən sonra ləqəbi “Fateh” olmuşdur. Bəzi tarixçilərin fikrincə, İstanbulun fəthi orta əsrin sonu, yeni əsrin başlanğıcı olmuşdur. Buna görə də Fateh “əsr açan hökmdar” olaraq tanınır. Fateh çıxardığı qanunlarla dövləti əsaslı şəkildə yenidən dəyişdirmişdir. Fateh Sultan Mehmet 1432-ci ildə o dövrdə Osmanlı dövlətinin paytaxtı olan Edirnə şəhərində dünyaya gəlmişdir. O, II Muradın Hüma Xatundan olan oğlu idi. Molla Gürani kimi dövrünün məşhur alimlərindən dərs alaraq böyüdü.

1443-cü ildə hələ uşaq yaşda ikən, Manisa sancaqbəyi vəzifəsinə gətirildikdən sonra müəllimləri və yaxın adamları ilə Manisaya getdi. II Murad Balkan yarımadasında və Anadoluda qarışıqlıqların olduğu bir dövrdə Mehmedi Edirnəyə çağırdı və taxta onu çıxartdı. 1444-cü il avqust ayında 12 yaşında təcrübəsiz bir uşağın hakimiyyətə gəlməsi Osmanlı dövləti ilə müharibədə olan dövlətlərə ümid verdi. Bir xaçlı ordusu Tuna çayını keçib Varnanı mühasirəyə aldı. Sədrəzəm Çandarlı Xəlil paşa Kiçik Asiyada olan II Muradı Edirnəyə çağırdı. II Murad 1444-cü il 10 noyabrda Varna döyüşündə xaçlıları məğlubiyyətə uğratdı. Döyüşdən sonra oğlunu taxtda qoyub Manisaya qayıtdı. Ancaq II Mehmedin hakimiyyətdə olması türksoylu Çandarlı Xəlil paşa ilə yeni padşahı dəstəkləyən Zağanos paşa və Şihabəddin paşa arasında şiddətli bir qarşıdurmaya səbəb olmuşdu.

Davamı →

Aşşurbanipal

Assuriyanın ən son qüdrətli padşahı Aşşurbanipal olub.Arxeoloqlar tərəfindən 1849-1850-ci illərdə Sarqonidlər sülaləsinə aid dövlət arxivlərinin və kitabxanaların açılması ilə bu padşahın siyasəti və şəxsiyyəti haqqında yetərincə məlumat veriblər. Mixi yazıları ilə yazılmış kitablar, Assuriyanın dövlət və eyni zamanda diplomatiya sahələrinə aid çoxlu material verir.
E.ə.669-cu ildə padşah Asarxaddon oğlu Aşşurbanipala –Assuriya taxt-tacını, digər oğlu Şamaş-Şumukinə isə Babil taxt-tacını verir. Yəqin ki, Aşşurbanipal atası, ciddiyyəti və hökmranlığı ilə seçilən nənəsi-Nakianın sevimlisi olub. Məhz buna görə də onu Assuriya taxt-tacının varisi elan edirlər. Daha sonra o, hər iki şahlıq üzərində hökmranlıq etmək hüququ alır.
Aşşurbanipal taxta çıxana qədər, adət-ənənəyə uyğun olaraq kəşfiyyat dəstəsinə və inşaat işlərinə rəhbərlik edirdi. Onu Assuriya padşahlarından ən ziyalısı saymaq olar. O, uşaqlıqda ox atmaq, və cəng arabasını sürməklə yanaşı, Assuriya,Babil elm və ədəbiyyatının əsasını təşkil edən mixi yazını da öyrənib.
Davamı →

Georgi Jukov

Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr 1896 — 18 iyun 1974) — XX əsrin dahi sərkərdələrindən biri, Sovet İttifaqı Marşalı, 1955-1957-ci illərdə SSRİ Müdafiə naziri, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı.


Böyük Vətən Müharibəsindən əvvəl


1918-ci ildən Qırmızı Ordunun tərkibində I Dünya müharibəsinin iştirakçısı. Vətəndaş müharibəsi illərində hərbi hissə, daha sonra isə Çarıçin ətrafında Kazaklar, Denikin və Vrangelin hərbi hissələrinə qarşı vuruşan eskadron rəisi. Antonov və Tambovşində qalxan üsyanın yatırılmasında iştirak etmiş və yaralanmışdır, Qırmızı Bayraq ordeninə (орден Красного Знамени) layiq görülmüşdür.
Vətəndaş müharibəsindən sonra kavaleriya polkuna, briqadasına rəhbəlik etmiş, daha sonra diviziya, korpus, komandiri kimi fəaliyyət göstərmişdir.

Davamı →

Şeyx Şamil

Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi.
Şamil şeyx seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də 10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.
Davamı →

Nadir şah Əfşar

Azərbaycan tarixinin obyektiv tədqiq olunmamış dövrlərindən biri də cəmi 59 il ömür sürmüş, 37 yaşından Şəfəvi şahının yanında sərkədə kimi fəaliyyətə başlamış, 44 yaşından faktiki hakimiyyətə yiyələnmiş, 49 yaşında şah seçilərək 11 il şahlıq etmiş Nadir şah Əfşarın (1736-1747) hakimiyyəti illəridir.

İşğalçı yadelli, yoxsa milli qəhrəman


Rus və sovet tarixşünaslığında Azərbaycanın digər görkəmli şəxsiyyətləri və dövlət xadimləri kimi Nadir şahın fəaliyyəti də saxtalaşdırılmış, ona işğalçı, yadelli damğası vurulmuşdur. Çox təəssüf ki, həmin səhvlər çağdaş Azərbaycan tarixşünaslığında da davam etməkdədir. Hazırda Nadir şaha münasibətdə tarixçilər və əhali arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri onu Səfəvilər sülaləsinə xəyanətdə, bəziləri mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, müstəqillik əldə etməyə çalışan Azərbaycan xanlarına düşmən münasibətdə, bəziləri işğalçılıqda ittiham edirlər.
Davamı →

Fransisko Franko

Baamonde Fransisko Franko El-Ferrol şəhərində Liman xəzinədarı ailəsində anadan olmuş, Toledo şəhərində hərbi piyada məktəbində oxumuşdur. Balacaboy gənc kadet tələbə yoldaşlarından o qədər seçilməsə də, hər halda leytenant rütbəsində təhsilini başa vurub El-Ferrolda qulluğa başlamışdır. Gənc zabit 1910-cu ildə ispan Mərakeş müharibəsinə qoşulub, 1916-cı ildə Binutsedə ağır yaralanmışdır. Cəsurluğuna və rəşadətinə görə 25 yaşında mayor rütbəsinə layiq görülmüşdür. Burada 1920-ci ilə qədər gedən müstəmləkə müharibəsində öz təşəbbüskarlığı və əzmkarlığı ilə polkovnik Franko ispan kralı XIII Alfonsun diqqətini cəlb etmiş və bu diqqət nəticəsində o, Asturiyanın 10 zəngin ailələrinin birindən olan Karmen Polo ilə evlənmişdi.

Davamı →
Top