Yaponiyanın 1904-1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı.
Oyama(1842 — 1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904-1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885-96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu.
Polyak marşalı Pilsudski (1867 — 1935) Litvada anadan olmuşdu. Onlar əslən litvalı olsalar da çoxdan polyaklaşmışdılar. Ailə çoxmillətli olduğundan Yozef uşaqlıqdan beş dil bilirdi. O, Peterburqda gimnaziya bitirib tibb universitetinə daxil olmuşdu. Amma inqilabi hərəkata qoşulduğu üçün həbs edilir, sonra isə Sibirə sürgün olunur. Ancaq inqilabi fəaliyyətini burada da davam etdirir. 1892-ci ildə doğma Vilno şəhərinə qayıdır. Onun bütün varlığı ilə Rusiyaya nifrət etməsi anlaşılandır. Çünki onun vətəni daim rus işğalına məruz qalmışdı və ümumiyyətlə bu ölkənin tarixi, xalqının xarakteri ilə tanış olduqda ruslara və Rusiyaya nifrət etməmək qeyri-mümkündür. Bu ölkədə ermənilərdən və gürcülərdən başqa hələ heç bir xalqa xeyir dəyməyib.
Yapon admiralı Toqo(1848 — 1934) hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo (Tōgō Heihachirō) Vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi.
Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi.
V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın.
Qədim Roma deyən kimi o dəqiqə Yuli Sezar(e.ə.100-44) yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü imiş…