sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Ən yaxşı səhər yeməyi

Diyetoqlar və həkimlərin ümumi fikrinə görə, ən faydalı səhər yeməyi yulaf yarması sıyığıdır. Hər səhər 1 boşqab yulaf yarması sıyığını yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər. Bu sıyığı faydalı və müalicəvi xüsusiyyətləri arasında:

— qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun əmələ gəlməsinin qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbi sayılır.

— stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir.

— tez toxluq hissi yaradır. Sübut olunub ki, səhər yeməyi zamanı yulaf yarması sıyığını yeyən insan nahar zamanı daha az yemək yeyir. Bu isə arıqlamağa kömək edir.
Davamı →

Orqanizmi təmizləmək üçün resept

Müasir insanların qidalanması müxtəlif ziyanlı maddələrlə zəngindir. Qidalara konservantlar, əlavələr, rəng və dadvericilər və s. əlavə olunur.

Bütün bunlar bağırsaqlarda toplanaraq müxtəlif pozulmalara, dərinin və ümumiyyətlə orqanizmin vaxtından tez qocalmasına səbəb olur.

Sizə orqanizmin təmizlənməsi üçün çox effektli və asan üsul təqdim edirik. «Təmizləyici vasitə» kimi buğda kəpəyi istifadə olunur. Bu çox təsirli təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış ziyanlı maddələri çölə çıxardır.
Davamı →

Bahar yorğunluğunu aradan qaldıran bitkilər

Baharda insan bədənindəki xəstəliklər üzə çıxır, yorğunluq və halsızlıq insanı əldən salır. Bəs bahar aylarında yaranan yorğunluqdan necə xilas olmalı?

Mütəxəssislər yaşıl çay, ihlamur, çobanyastığı, razyana və melisa otunun yorğunluğu aradan qaldırdığını bildirirlər. Bəzi bitkilər  həzm sistemi, halsızlıq, yuxusuzluq, başağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yaz aylarında qara çay yerinə, yaşıl çay daha faydalıdır.
Davamı →

Aktivləşdirilmiş kömür

Aktivləşdirilmiş kömür tibdə çoxdan istifadə olunur və çox effektli və ziyansız vasitə kimi tanınır.

Kömür bağırsaqlarda olan ziyanlı maddələri özünə hopdurur və çölə çıxardır. Kömür zəhərlənmə zamanı ən tanınmış ilk tibbi yardım vasitəsidir.

Həmçinin kömür profilaktik vasitə kimi də istifadə oluna bilər. Kömür orqanizmdən toksinlər, şlaklar, radionukleidlər, ağır metalların duzları və s. ziyanlı maddələri çıxardır, arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdırır.
Davamı →

Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir! Yuxu bədənin tam istirahət etməsi, bizim maksimum enerji yığmağımız üçün çox vacibdir. Az və pis yatan adamların səhhətində zaman keçdikcə bir qayda olaraq ciddi problemlər yaranır, xroniki yorğunluq, dəri rəngində solğunluq və pis əhval-ruhiyyə hiss olunur. Baxmayaraq ki, bu, bir qədər qəribə səslənir, amma sol böyrü üstə yatmağın sağlamlıq üçün bir çox üstünlükləri var.

Limfa istiqaməti üzrə sol tərəfə doğru axır. Bədəninin sol tərəfi limfatik sistemdə idarəedici tərəfdir. Limfa öz yolunda limfa düyünlərini açmaq və sol tərəfə axmaq üçün zülallar, metabolit, qlükoza və tullantılar ifraz edir.
Davamı →

Qocalmanın qarşısını alan 7 içki

Əsrlər boyu insanlar cavan qalmağın sirrini axtarır. Alimlər də bu sirri açmaq üçün əllərindən gələni edirlər. Bu yaxınlarda onlar insanı cavan saxlayan içkilərdən ibarət siyahı hazırlayıblar. Bu siyahıda qocalığın qarşısını alan 7 növ içki yer alıb.

1. Yaşıl çay
Çində milli içki sayılan çay qədim zamanlardan bəri xalq təbabətində geniş istifadə olunub. Həkimlər bu içkinin uzunömürlülüyə birbaşa təsirini qeyd edir. Bu çayın tərkibindəki fermentlər, hətta, xərçəng hücəyrələrini məhv edir. Xüsusən, çay agciyər, süd vəzi və dəri xərcəngi ilə mübarizədə effektivdir. Bundan əlavə, çay beynin fəaliyyətinidə gücləndirir. Elmi eksperiment nəticəsində məlum olub ki, gündə iki fincandan artıq yaşıl çay içən insanlarda yaddaşsızlığa iki dəfə az rast gelinir.
Davamı →

Qarnı üstə yatmağın ziyanları

Mütəxəssislərin fikrinə görə, gecə daim qarın üstə yatmaq insan sağlamlığına ciddi ziyan vura bilər. Bu pozanın 7 əsas təhlükəsi var:

1. Bu pozada qan damarları saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümünün riski artır.

2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.
Davamı →

Qara ciyərin sağlamlığı üçün faydalı təbii içki

Bu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır — iltihabəleyhinə təsir edir, fəaliyyətini yaxşılaşdırır, təmizləyir, möhkəmləndirir, bərpa proseslərini sürətləndirir. Sizə bu faydalı içkinin reseptini təqdim edirik.

Tərkibi:
— 1 ədəd qreypfrut
— 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
— 1 diş sarımsaq
— 1 x.q. bal
— 200 ml su

Hazırlanması:
1. Sarımsaq sarımsağəzənlə əzilir, sürtgəcdən keçirilmiş zəncəfillə yaxşı qarışdırılır.
2. Qreypfrutdan şirə sıxılır.
3. Sarımsaqla zəncəfilin qarışığı, şirə, bal və su blenderlə yaxşı qarışdırılır və axşam yatmazdan təxminən 1 saat əvvəl kiçik qurtumlarla içilir. Bu içkini həftədə 2-3 dəfə qəbul edin.
Davamı →

Uşağa ayaqqabı seçərkən nələrə diqqət etməli?

Uşağın ilk ayaqqabısının doğru seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər 2 yaşından qabaq uşağa ayaqqabı alınmasının yersiz olduğunu vurğulayırlar. Çünki uşaqlara təsadüfi alınan ayaqqabılar uşağın ayaq sağlamlığı və inkişafına mənfi təsir edə bilər.

Bu mövzuda türkiyəli həkim Əhməd Doğanın uşaq ayaqqabıları seçimi ilə bağlı fikirləri olduqca faydalıdır. Həkim deyir ki, uşağın ayaqyalın gəzməyindən narahat olmağa dəyməz: “Uşaqların böyük əksəriyyəti on iki aylıqdan yeriməyə başlayır. Ancaq bu müddətdən əvvəl və sonra yeriyənlər az deyil. Bu inkişaf ana və atalarda uşaqlarına ilk ayaqqabını almaq təlaşına səbəb olur. Halbuki uşaqların, xüsusilə, iki yaşına qədər yalın ayaq və ya corabla yerimələrinə icazə vermək lazımdır. Beləliklə, həm ayaqların normal böyüməsi, həm sağlam əzələ inkişafı, həm də barmaqların hissiyatı kimi bir çox qabiliyyətlərin inkişafı təmin edilər”.
Davamı →

"Ağıllı" qəlyanaltı

Bəli, düz eşitdiniz “ağıllı” qəlyanaltı. Yəqin sizə maraqlı gəldi “ağıllı” qəlyanaltı necə olur, ümumiyyətlə bunun nə fərqi var adət etdiyimiz qəlyanaltılardan?

1. Dənli bitkilərə üstünlük verin – Yüksək lifli qidalar enerjini artırar, gün boyu gümrah olmağına kömək edər. Gün ərzində yulaf, tam dənəli az duzlu çubuq kraker və ya cipsi yeyə bilərsən.

2. Səhər yeməyini təkrarla – Səhər yediyin bəzi qidaları acdığın zaman nahara qədər yeyə bilərsən. Bir dilim buğdadan və ya kəpəkdən hazırlanmış çörək üzərində çiyələk mürəbbəsi payız havasında əsl yerinə düşər. Amma diqqət etmək lazımdır ki, mürəbbə az şəkərli olsun.
Davamı →
Top