Reanimasiya (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal (bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemi. Terminal vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir.
Aqoniya ərəfəsi dövr xəstənin son dərəcə ağır vəziyyətdə olması, tənəffüsün, qan dövranının və orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud pozğunluğu ilə xarakterizə olunur. Onun davamiyyəti və klinik mənzərəsinin xüsusiyyətləri xeyli dərəcədə əsas xəstəliyin xarakterindən asılıdır.