Qış aylarında biz tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutuluruq. El arasında bu xəstəlkləri «soyuqdəymə» adlandırırlar.
Bu çox dəqiq addır. Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır və insan xəstələnə bilər.
Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman «döyüşə» hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.
Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:
Anafilaktik şok — Kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla, həyat üçün təhlükə yaradan vəziyyətdir. Ən çox penisillin və başqa antibiotiklərin, habelə müalicə serumları, rentgenokontrast maddələr və s. daxil edilməsindən sonra baş verir. Əsas əlamətlərin preparatın yeridilməsindən sonra dərhal döşdə sıxıntı, başgicəllənməsi, başağrısı, narahatlıq, kəskin zəiflik, bədəndə hərarət hiss edilməsi. Ağır hallarda bu əlamətlərə kollaps simptomları əlavə edilir. Kollaps huşun itirilməsi ilə birgə davam edə bilər, bəzən də komatoz hal inkişaf edir. Bu cür xüsusilə ağır hallarda anafilaktik şok simptomlarının təzahür etməsindən bir neçə dəqiqə sonra ölüm baş verə bilər.
Zəhərlənmə — orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər orqanizmin müəyyən yerinə və ya ümumiyyətlə bütün orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan asılıdır.
Bütün iti zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı aşağıdakı tədbirlər görülür:
1) orqanizmdən zəhər olduqca tez kənar edilir,
2) orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə zərərsizləşdirilir,
3) tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparılır.
ÜRƏKGETMƏ — beynin, adətən, qısa müddət huşu itirmə ilə müşayiət olunan qəfləti anemiyası. Bu hal ürək-damar sisteminin müxtəlif xəstəlikləri, müxtəlif xarici təsirlər, məsələn, iti ağrılar olduqda və ya ağrı törədici proseduralar keçirildikdə, qan gördükdə, bərk həyəcanlanma zamanı və otaqda boğanaqlıq olduqda əmələ gələn qorxu nəticəsində baş verə bilər. Çox vaxt yorğun, ac və yoluxucu xəstəlik keçirmiş şəxslərdə baş verir. Özündəngetmə zamanı huşun itirilməsindən qabaq birdən-birə zəiflik, vəziyyətin pisləşməsi, baş gicəllənmə, gözə qaranlıq çökməsi və ya gözün qabağında bəlirmə, əl-ayağın keyləşməsi hiss olunur.
Bronxial astma (nəfəs darlığı) — bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.
Döşdə bərk ağrı əmələ gəlməsi stenokardiya, miokard infarktı və s. kimi dəhşətli xəstəliklərin simptomudur. Buna görə də belə ağrılar baş verdiyi zaman təxirə salınmadan yardım göstərilməlidir.
Döş inağı (stenokardiya) — döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində (gərginlik stenokardiyası) baş verən sıxıcı ağrı tutması. Ağrı, adətən, bir neçə dəqiqə davam edir və nitroqliserin qəbul edildikdə kəsilir. Qeyd etməliyik ki, stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur, çünki bir çox hallarda aşkar etmək mümkün olmur.
Komatoz vəziyyət (koma) — reflekslərin və xaricin təsirlərə qarşı reaksiyanın olmaması ilə birlikdə dərin şüur pozğunluğu. Patogenezdə beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi əsas rol oynayır. Koma beyin qan dövranının kəskin pozğunluqları, şəkər diabeti, xronik nefrit, artan qara ciyər çatışmazlığı, zəhərlərlə ağır zəhərlənmə və s. zamanı müşahidə olunur.
Xəstədən anamnez məlumatı almaq mümkün olmadıqda koma halında olan xəstənin müayinə edilməsi çox çətinləşir.