— Dinlərin ən xeyirlisi islamdır.


Neçə yaşında olursan ol, içindəki uşağı hər zaman yaşatmalısan. Həyatdan bunu öyrəndim. Mənim uşaqlığım, yaxşı keçmədi. Əskişəhərin balaca bir kəndində böyüdüm. O zamanlar, ailə büdcəsinə kömək etmək məqsədiylə, hər il üç-dörd ay bostanda növbətçilik edirdim. Süfrədən tox qalxdığım günlər az olurdu. Ancaq yenə də o yaşda qayğı çəkmirsiniz, çünki indiki kimi gözləntilər yox idi. Bu da sizi ayaqda saxlayır.
Mən balaca olanda, 40 yaşlı adamlar mənə qoca görünürdülər. Mən indi illərin yükünü hiss etmirəm, amma üzümdə qırışlar hiss edirəm. Çox gülmüşəm. Özümü ruhən 25 yaşında hiss edirəm. Amma içkini atmışam. Məncə, uşaqları olan adam içməməlidir. Mən öz uşaqlarımın xatirinə daha çox yaşamaq istəyirəm. Onlarla qaçmaq istəyirəm.
Murad Menteş müasir türk yazıçısıdır. 1974-cü ildə İstanbulda anadan olub. “Dublyorun dilemması”, “Qorxma, mən varam” kimi romanları var. Yazıçının sonuncu “Ruhi Müscərrəd” romanı Türkiyədə olduqca ciddi marağa səbəb olub. Əsərdə, 100 yaşlı İstiqlal savaşı qazisindən, dünyanı ağuşuna alan reklam imperiyasından danışılır. Murad Menteşin “Ruhi Mücərrəd” romanından seçmə fikirlər:
— Həyat necə gedir?
— Onu yaşayan birindən soruş.
— Dünən görüşə bilmədik, hardaydınız?
— 30 il bundan qabaq “3 ay ömrünüz qaldı” deyən həkimin dəfn mərasimində idim.
— Qəbri nurla dolsun.
“Kim yüz yaşında olmaq istəyər ki?” – deyə mızıldandı.
“99 yaşındakılar”- dedim.

