Hikmət dənizi və aforizmlər kateqoriyası üzrə məqalələr

Rəsulzadədən sitatlar

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».

Davamı →

Sürrealizm mənəm

Dahi olmasan belə, ozunu elə gostər...Mənim əsərlərim həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də hiss axtarın.

Sürrealizm dağıdıcıdır; təxəyyüllümüzü məhdudlaşdıran bütün qandalları məhv edir.

Mən narkotik qəbul etmirəm. Mən özüm narkotik maddəyəm.

Hər səhər yuxudan oyananda yenidən fövqəladə həzz yaşayıram: Salvador Dali olmağın həzzini!

Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.

Ölüm mənim köhnə dostumdur. Yəqin gələndə ona deyəcəm: «Oturun, dincəlin! Bəlkə şampan içək?”. Axı mən ürəyimin dərinliyində qorxağam.

Taleyə iki şeyə görə minnətdaram: Birinci — ispan olduğum, ikinci — Salvador Dali olduğum üçün.
Davamı →

Coco Chanel

Dəb gedir, stil qalır.

Demək bu imiş şöhrət: təklik...
   
Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.

Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!
       
Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.
                            
İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın. 
       
Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...

Davamı →

Göz yaşları lal nitqdir

Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.Volter

Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.

Biz bu dünyaya axmaq və qəddar gəlmişik, dünyanı belə də tərk edəcəyik.

Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil.

Çalışmaq bizi bu üç şeydən qurtarar: canımız əziyyətdən, pis vərdişlərdən, yoxsulluqdan.

Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır.

Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.

Elmi abidələr sökülmür.

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

İş ideya üçün yaranmır — ideya iş üçün yaranır.

İzah olunmuş zarafat əhəmiyyətini itirir.

Davamı →

Van Qoqdan sitatlar

Vicdan insanın kompasıdır.Çox böyük çətinliklərlə qarşılaşsan da, pessimizmə qapılma, sonda hər şey yaxşı olacaq. Həm də əvvəldə heç kim tam istədiyini edə bilməz.

Vicdan insanın kompasıdır.

Xoşbəxtlik  bacarmağın kefindən, yaradıcılığın həyəcanından törəyir.

Seçimimə görə yox, bəxtimə görə macəraçıyam.

Rəsmimi xəyal edirəm və sonra xəyalımı boyayıram.

İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm.

Kaş onlar məni olduğum kimi qəbul edələr.

Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir.

Sevgi çətinliklər gətirir, bu doğrudur. Lakin onun yaxşı tərəfi enerji verməsidir.

Davamı →

Tale kartları qarışdırır, biz də oynayırıq

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

Evlənmək, hüquqları ikiyə bölmək və vəzifələrini isə ikiyə vurmaq deməkdir.

Əhəmiyyət verməmək əhəmiyyət verilməyə gətirib çıxarır.

Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.

Hər kəs özündə əskik olanı sevər.

İki ayaqlı heyvanların sıradan söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.

İnkişafımız üçün təkcə aynaya ehtiyacımız var.

İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.

Davamı →

Natali Portmanın həyatdan öyrəndikləri

Uşaq vaxtı kosmonavt, həkim, baytar, hamısından əvvəl isə su pərisi olmaq istəyirdim.Aktyor olmaq lazım deyil. Dünyada görüləcək o qədər iş var ki.

Özüm kimi qızım olmasını istəyirəm – qəşəng, hazırcavab, bilikli, çoxlu insan tanıyan və pul qazanmağı bacaran. 

Ağıllı adamlar beş almırlar. Çünki onlar bilirlər ki, qiymətin elə bir əhəmiyyəti yoxdur. 

Bir dəfə yolla gedirdim, birdən kimsə qışqırdı: “A baxın, bu ki Vaynona Rayderdir (amerikan aktrisa – red.)”. Mən də həmin adamı görmək üçün çevrildim. Ancaq qəflətən hamının mənə baxdığını gördüm. 

“Leon” filmi mənə sevinc gətirmədi. O filmdə çəkildiyimə görə fəxr edirəm, amma 12 yaşında özünü seksual hisslərin obyekti kimi hiss etmək çox qəribə idi.

Çəkiliş meydançasında uşaq olmaq qəribədir. İş gedən vaxt sən hamı kimisən, o ki fasilə elan olundu, bütün aktyorlar yatmaq, yaxud da pivə içmək üçün otaqlarına dağılışırlar, sənsə kitablarını götürüb gedirsən dərsə.
Davamı →

Bill Geytsdən 11 məsləhət

1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək. 

3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır. 

5. Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6. Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın.
Davamı →

İspan ata sözləri

Axmaq balıq üçün düşmən – yemdir, balıqçı yox.İstedadsız yazıcı gunahı qələmdə gorur

Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq.

Allah yuxudan tez duranları sevir.

Yaxşı qanunlar pis adətlərdən doğulub.

İstedadsız yazıçı günahı qələmdə görür.

Şeytan, şeytan olduğuna görə çox bilmir, şeytan qoca olduğuna görə çox bilir.

Axmaqlar bazara getməsəydi, çürük mallar satılmazdı.

Davamı →

Cəvahirləl Nehrudan sitatlar

Jawaharlal NehruUğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.

Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.

Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.

Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.

Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.

Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.

Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir.

Davamı →
Top