Avtomobil dünyası kateqoriyası üzrə məqalələr

Dəbdəbəli Porsche Cayenne


CT Exclusive emalatxanası Porsche Cayenne yolsuzluq avtomobilini unikal eksteryerlə təmin edib. Alman tüninq ustaları modeli ekstravakant asma unikal təkər disklər və başqa xarici aksessuarlarla tamamlayıblar. İkinci nəsil Porsche Cayenne sahiblərinə əsas texniki hissələrin yüngül tamamlanması da təklif ediləcək.
Davamı →

MINI Cooper arzuların avtomobilini yaradıb


MINI avtomobillərinin istehsalçısı Touring Superleggera şirkəti ilə birlikdə yaradılmış yeni konseptini təqdim edib.

Nəticədə dizaynında retrofuturistik avtomobillərin motivlərinin olduğu ikiyerli rodster alınıb. Bu avtomobil italyan vurğusu olan Britaniya avtomobilinin incəliyini daşıyır. Avtomobilin hazırlanmasında yüksək keyfiyyətli dəridən, qara xromdan və alüminiumdan istifadə edilib.

Davamı →

Aston Martin sürətli rodsterin sirrini açdı


«Aston Martin» şirkəti ötən il təqdim etdiyi «V12 Vantage S» superkarının yeni açıq modifikasiyasının sirrini açıb. Yenilik Britaniya markasının tarixində ən sürətli seriyalı rodsterdir. Rodster «V12 Vantage S»-i kupedə olduğu kimi altılitrlik on iki silindrli aqreqatla təchiz edilib.

Davamı →

Bugatti Veyron Grand Sport Vitesse «Ettore»


Fransız şirkəti Bugatti «Bugatti əfsanələri» seriyasında sonuncu modelin yaradıldığını elan edib. Yekun akkord brendin yaradıcısı olan Ettore Buqattinin şərəfinə adlandırılan maşındır. Mütəxəssislər Bugatti Veyron Grand Sport Vitesse «Ettore» modelinə olduqca ciddi yanaşıblar. Ümumi olaraq, avtomobildən 3 ədəd hazırlanıb və dəyəri 2,35 milyon avrodur. Model digər maşınlarla bir sırada bu il Pebbl-Biçdə eleqantlıq Müsabiqəsində təqdim olunacaq.
Davamı →

Ən çox sevilən avtomobillər

Ən çox sevilən avtomobillər hansılardırƏn çox beyənilən avtomobillərin yeni siyahısı açıqlanıb. Amerika Müştəri Məmnuniyyəti İndeksinin (American Customer Satisfaction Index — ACSI) avtomobil markaları ilə bağlı araşdırma aparıb. Araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri, Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub.

Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb.

Araşdırmaya görə, Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazda ən sevilməyən avtomobillərdir.

Davamı →

Cəmi 7 ədəd istehsal edilən avtomobil

                      

Birləşmiş ərəb Əmirliyində dünyanın ən bahalı və sürətli maşınlarından biri nümayiş etdirilib.

3,4 milyon qiyməti olan “Lykan HyperSport”  2,8 saniyəyə 100 km sürət yığır.

“Canavar” adlandırılan avtomobil dünyanın ən sürətli maşını adına layiq görülüb.

Maşın 3.7 litrlik mühərrikə sahibdir. Super avtomobilin görüntüsü də texniki göstəriciləri qədər maraq doğurur.

Avtomobilin uzunluğu 4.480 mm, eni isə 1.944 mm-dir.

Davamı →

Avtomobil Emblemləri

Emblem Audi – dörd metal halqa. Emblem dörd qurucu şirkətin birliyini simvolizə edir: Audi, DKW, Horch və Wanderer. 1932-ci ildə dördlük Auto Union adı altında birləşdi.

 Avtomobil şirkəti öz yaradıcısının şərəfinə Avgust Horch adlandı. Horch alman dilində “dinlə” deməkdir, latın dilinə tərcümədə isə “audi". Bir sözlə, avtomobil adını latın dilindən götürmüşdür.

Davamı →

Range Rover Evoque RS250

Britaniyanın A. Kahn design tüninq şirkəti Range Rover Evoque RS Sport üçün yeni paketini təqdim edib. Şıq krossover xüsusi işlənib hazırlanmış aksessuar paketi hesabına daha unikal görünüş əldə etsə də Range Rover premial ailəsinə məxsus tanış cizgiləri itirməyib. Tamamlama işləri eksteryer və interyerin dizaynlarını dəyişdirib və ayrı-ayrı texniki detallara da toxunub.

Range Rover Evoque RS250 – avtomobili tüninqdən sonra məhz belə adlandırılıb – standart avtomobillərdən müsbət istiqamətdə fərqlənir.

Davamı →

Audi R8 LMX


Audi R8 LMX dünyada lazer faraları ilə təchiz edilən ilk seriya avtomobilidir. Saatda 60 km sürət zamanı aktivləşən fənərlər avtomobilin qarşısındakı ərazinin görünməsini və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır.
Davamı →

Maraqlı faktlar

1902-ci ildə Detroytda istehsal olunmuş Tarixin ilk «Cadillac» avtomobili.

  

Davamı →
Top