İtaliyanın milli sərvəti hesab edilən “Ferrari” avtomobilləri İtaliyanın şimalında yerləşən Maranello şəhərində böyük bir zavodda istehsal edilib yığılır. Sözü gedən zavod Ferrarinin tam imicinə uyğundur. Belə ki, həmin zavod təxminən 5 futbol stadionu ölçüsündədir, həmçinin zavodun özünün 3 kmuzunluqda sınaq trassı vardır. Zavod hərbiləşdirilmiş təhlükəsizlik xidməti tərəfindən mühafizə edilir.
Cenevrə avtosalonu Britaniyanın Jaguar şirkətinin gələcək planlarını bölüşmək üçün yaxşı fürsət olub. Şirkətin rəsmi açıqlamalarına görə, tezliklə Jaguar modellərinə yeni kompakt XE sedanı əlavə olunacaq.
70-ci illərdə Yaponiya SSRİ ilə kütləvi şəkildə traktorların, buldozerlərin və digər ağır tonnajlı maşınların idxalı barədə razılığa gəlir. Bir müddət bu prosses davam edir və Sovet hakimiyyəti bu məsələni böyük çapda reklam edərək aləmə car çəkir: «Qüdrətli SSRİ o qədər inkişaf edib ki, Yaponiya kimi ölkə texnikanı bizdən alır».
Amma üstündən bir neçə il keçdikdən sonra məlum olur ki, sən demə Yaponiya bu ağır tonnajlı dəmir yığınını alıb əridir və yenidən əsl yapon keyfiyyətli maşınlar istehsal edir. Yəni Sovet maşınlarını bir növ xammal kimi alırmışlar. Bu biyabırçılıqdan sonra SSRİ Yaponiyaya maşın ixracını dayandırdı.
1. Bugatti Veyron Super Sport – Qiyməti: $2.6 Milyon Ən bahalı avtomobillər sırasında liderlik edən Bugatti Veyron Super Sport haqqında təkcə onu demək kifayətdir ki, o yalnız qiyməti ilə deyil, həm də öz sürəti ilə Guinness rekordlar kitabına girməyi bacarıb. Eləcə də bu avtomobil öz rahatlığı və elementlərinin bahalılığı ilə seçilir.
Kia Los Ancles avto-sərgisində K900 lüks sedanını nümayiş etdi. Kia bu avtomobili seqmentin böyük oyunçularılə (S- Class, 7 -Series, A8) rəqiblik etmək üçün istehsal olunub. K900 Hyundai Equus-un bazasında qurulub.
K900 3.8 litrlik, 315 at güclü V6 və ya 5.0 litrlik, 426 at güclü V8 ilə təchiz olunur. Hər iki versiya yeni 8 pilləli sürət qutusuna sahibdi.
6 silindirli versiya 18 düymlük yüngül alüminium disklərlə, 8 silindirli versiya isə 19 düymlük disklərlə təchiz olunur. Eləcə də yeni K900 LEXİCON audio sisteminə sahibdi.
Almaniyanın Audi şirkətinin S seriyasından olan Audi S1 və S1 Sportback modelləri rahatlığı sevənlər üçün nəzərdə tutulub. Avtomobillərin rəsmi təqdimatı martın əvvəlində Cenevrə avtosalonunda baş tutacaq.
Hennessey Venom GT avtomobili 435,31 km/saat sürət yığaraq, “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rekord Kennedi adına Kosmik mərkəzin uçuş-enmə zolağında qeyd alınıb.
Hennessey Venom GT 300 km/saat sürəti 13,63 saniyəyə yığıb. Möhtəşəm avtomobili keçmiş mühəndis Brayan Smit sınaqdan keçirib.
Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir.
Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülüb. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad edib. Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət edib. Bu, texnika aləmində böyük sensasiya olmaqla bütün dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəldir. O vaxtdan avtomobillər dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilir.