Dünyanın ən güclü casusu Ceyms Bond – XX əsr kinematoqrafiyasının simvollarından biridir. Lakin onun xarizmatik xəfiyyə obrazının yaradılmasında şübhəsiz ki, bir-birindən güclü avtomobilləri də böyük rol oynayıb.
Xəfiyyə “007” üçün yaradılan 13 “bondomobil”
1. Sunbeam Alpine Convertible
Bondun «Doktor Nou» (1962-ci il) adlı filmdə ilk avtomobili gümüşü rəngli, Britaniyanın az tanınan avtomobil markası Sunbeam Alpine Convertible kabrioletidir. 80 at gücü ilə Alpine maksimum 160km/saat sürət yığa bilirdi. Bu avtomobildə təkrarolunmaz Şon Konneri qəhrəmancasına düşmənlərindən qaçmağa çalışırdı. Bondiananın hesabına avtomobil şirkəti daha 15 il fəaliyyət göstərdikdən sonra müflis oldu.
“Mercedes-Benz” şirkəti Detroyt avtosalonu çərçivəsində sedan “S-Class”-ın ən güclü variantını təqdim edib. Yeni model biturbolaşdırılmış 6-silindrli V12 ilə təchiz edilib.
Audi şirkəti yeni “qaynar” hetçbek “Audi S1 Quattro”-nun texniki təfərrüatlarını və qiymətini açıqladı. Hər şey janr ənənəsinə uyğundur: daha aqressiv xarici görünüş, gücləndirilmiş mühərrik və yenidən işlənmiş hərəkət hissəsi.
Yeniliyin təqdimat mərasimi Cenevrədə keçiriləcək. “S1 Quattro”-nun “yüklənmiş” versiyasının üslubu martda Cenevrədə debüt edəcək restaylinq olunmuş A1-də olduğu kimidir.
Lakin “qaynar” S1 adi A1-dən daha böyük ban asması, 225/35 R18 ölçülü enli şinlər, yük yerinin damındakı kiçik palçıqqoruyucu və dörd qazçıxma qolu ilə fərqlənir.
Jaguar çox gözəl idman maşını olan C-X75 modelini istehsala verməyi planlaşdırmır. Bu modeldən yalnız beş prototip istehsal olunmuşdu.
Bu model Paris avto-sərgisində 2010-cu ildə debüt etmişdi, şirkətin 75 illik yubileyi şərəfinə istehsal olunan Jaguar C-X75 502 at güclü, 1.6 litrlik turbo mühərriklə təchiz olunub. Jaguar C-X75 100 km/s sürətini üç saniyədən az vaxta yığır, maksimal sürətisə 354 km/s təşkil edir.
«AUDİ» Alman avtomobil şirkətidir; Volkswagen qrupunun bir parçasıdır. Şirkətin mərkəziIngolstadt, Bavariyada yerləşir. Şirkətin keçmişi 1899-cu ilə və Avgust Horcha söykənməkdədir.
Birinci avtomobil şirkətinin əsasını Avqust 1901-ci ildə Kölndə qoydu. Uzun müddət onu öz soyadı əsasında “Horch” adı ilə çalışdırdı. 1909-cu ildə istedadlı Avgust 6 silindrli motor ixtira edir amma bu heç də uğurlu alınmır. Və kompaniyanın müflisləşməyinə yol açır. Bu səbəblə Avgust Horch işlədiyi firmadan qovulur və yeni şəxsi firma açmaq qənaətinə gəlir. Adını isə yenə öz adı ilə bağlayır, “Horch” firması.
Onun keçmiş ortaqları, rəqibləri firmanın adının dəyişdirilməsi tələbi ilə və ticarət nişanının qanunsuz istifadəsi üçün Horchu məhkəməyə verirlər. Məhkəmənin qərarına əsasən, avtomobillərin buraxılışı üzrə yeni müəssisə Horch adını daşıya bilməz. Bu səbəblə də Avgust Horch əvvəlki adın latınlaşdırılmış variantına müraciət etdi: Horch sözü, almanca «dinlə» mənasını verir, Latıncadan isə bu audi anlamını verir. Beləliklə, 1909-cu ildə məşhur ticarət markası olan AUDİ doğulur. Yeni şirkətin loqotipi dörd kəsişən üzük oldu.
Bəziləri hesab edirlər ki, AUDI — bu abreviaturadır, hansı ki, «Auto Union Deutschland Ingolstadt» kimi izah edilir — yəni "İnqolştadtın (AFR-da şəhər) Alman Avtoistehsalçılarının Birləşməsi", amma bu düzgün izah deyil.
Lexus LFA avtomobilinin mühəndisi Haruhiko Tanahaşi yeni model Yapon şirkəti tərəfindən artıq hazırlandığını bildirib. Yəqin ki, onun debütu gələn ilin yanvarında keçiriləcək Detroit avtomobil sərgisində olacaq. Bu yeni məhsul hibrid Lexus LF-LC adlanacaq.
Qırmızı LF-LC konsepsiyası 2012-ci ilin yanvarında NAIAS avtomobil sərgisində nümayiş olunmuşdu. Xatırladaq ki, avtomobil 500 at gücü sahib olan elektrik mühərriklə və hibrid sistemlə təchiz olunub.
Opel rəsmi olaraq Astra 2014 modelini təqdim etdi. Lakin Astra 2014 eksteryer baxımından heç də əvvəlki modelindən fərqlənmir.
Alman şirkətinin müştəriləri yeni 136 at güclü 1.6 litr həcmli CDTI mühərrikli Astra 2014 əldə edə bilərlər. O, 0-100 km/s sürətini 10.3 saniyəyə yığır,orta yanacaq sərfi isə 100 kilometrə 3,9 litr səviyyəsindədi.
Yeni Astra IntelliLink informasiya- əyləncə sistemilə, sensor ekranla, CD-player, Bluetooth, USB və AUXla təchiz olunacaq.
BMW CLEVER — BMWin, vasitələrin çıxardığı karbon qazlarını azaltmağa istiqamətli işlərindən biri olan Clever, inkişaf etmiş bir tarazlıq sisteminə sahibdir. Üç təkərli Clever'ın döngələrdə qarşılaşa takla problemini ortadan qaldırmaq üçün arxa təkərlərin önünə hidravlik bir sistem yerləşdirildi. Kaldıraçlardan ibarət olan sistem, qəbul edicilər köməyi vasitəsi ilə yatdığı istiqamətin tərsinə itələyərək tarazlığını qorumasını təmin edir. 100 kmdəki ortalama yanacaq istehlakı isə yalnız 2.4 litr.
24 saatlıq «işgəncə»yə dözən superkarlardan biri Nissan GT-R Nismo oldu. Nissan GT-R Nismo 3.8 litrlik, 6 silindirli, 600 at güclü, turbo mühərrikə sahibdir. Xatırladaq ki, avtomobilin kütləsi 64.8 kq azaldılmışdı.
Avtomobil Yaponiyada 2013-cü ilin sonunda, ABŞ və Avropada isə 2014-ci ilin fevralında satışa çıxarılacaq.
«Ferrari 250 LM» ralli yarışlarında qalib gəlmiş Fausto Morella və Qilyermo Orteqaya məxsus olub.
1964-cü il istehsalı olan «Ferrari 250 LM» hərracda öz sinfi üzrə rekord qiymətə alıcı tapıb. Carrozzeria Scaqliettinin dizaynında hazırlanmış avtomobil Nyu Yorkda keçirilən hərracda 14,3 milyon dollara satılıb.