Sürücü yol hərəkəti qaydasını pozduğu zaman düzgün yerdən keçməyən piyadanı vura bilər. Bu zaman piyadanın haradan keçməsi deyil, sürücünün avtomobili necə idarə etməsi önəmli olacaq. Və ola bilər ki, sürücü qaydanı pozmasın, piyada qəflətən qarşısına çıxsın (məsələn: sərxoş piyada) və hadisə baş versin. İstənilən halda bu vəziyyət diqqətlə araşdırılmalıdır.
Əgər piyada yolun nəzərdə tutulmayan yerindən keçirsə, həmin an avtomobil əyləcləyə bilməzsə (Aeroport şossesi, Zığ avtomagistralı, Buzovna-Bilgəh yolu və s), yol nahamar, qaranlıq olarsa, o zaman sürücüyə ittiham irəli sürülməz. Yetər ki. sürücü də qaydalara əməl etsin: Sürəti icazə verilmiş həddə olsun. Sutkanın qaranlıq və yağışlı vaxtında hərəkət sürətini buna uyğun nizamlasın. İşıqları, əyləc sistemi normal vəziyyətdə çalışsın. Bu zaman sürücünün ən etibarlı şahidi avtomobildə quraşdırılmış videoqeydiyyatçısı olacaq. Görüntüyə baxdıqda, sürücünün hərəkəti, piyadanın trayektoriyası daha aydın görünəcək və bu sürücünün bəraət almasına imkan yaradacaq.