Birinci ondan başlayaq ki,
bu məşhur paktın imzalanmasının özü böyük beynəlxalq qalmaqal idi. Təsəvvür edirsinizmi, bir metr olsa belə, ümumi sərhədləri olmayan, aralarında Polşa boyda dövlət dayanan iki ölkə “bir-birinə hücum eləməmək barədə” müqavilə imzalayırlar. Ancaq 1939-cu ilin isti yay günlərində Almaniya ilə SSRİ-nin bir-biriylə “mehriban” yaxınlaşması fonunda belə diplomatik incəliklər barədə düşünməyə vaxt qalmırdı. O qədər də uzun çəkməyən sövdələşmələrdən sonra 1939-cu ilin 23 avqustunda Ribbentrop Moskvaya uçur. Üç saatlıq danışıqların ardından Stalin deyir: “Müqaviləyə məxfi protokol da əlavə eləmək lazımdır”.
Bu, müştərək maraqlara aid olan və təsir dairəsinin bölünməsini nəzərdə tutan gizli razılaşma olmalıydı. İmzalanmadan sonra verilən banketdə Stalin tost deyir: “Mən alman xalqının öz fürerini necə sevdiyini bilirəm. Ona görə də, onun fürerinin sağlığına içmək istəyirəm”.